aile

Bədbəxt evliliklərin bəlli olmayan SƏBƏBLƏRİ: Uşaq, ittihamlar…

Baxış sayı: 557

Müqayisələr, qarşılıqlı ittihamlar və hətta uşaq sahibi olmaq cütlükləri bədbəxt edə bilər.

Bu barədə ailə psixoloqu Abiqail Makepeace və klinik psixoloq Nikol Saundersin bildiriblər.

Onların sözlərinə görə, özünü başqaları ilə müqayisə etmək vərdişi hər kəsi asanlıqla bədbəxt edə bilər. O, cütlükləri jurnal və ya sosial şəbəkələrdəki ailələr kimi olmaqdan qaçmağa çağırıb.

Psixoterapevtin fikrincə, birgə nailiyyətlər və dəyişikliklər haqqında tez-tez düşünmək daha yaxşıdır. Psixoloq, bədbəxtlik və uğursuzluqlarda tərəfdaşı günahlandırmağı faydasız və dağıdıcı hesab edir.

aile munaqisesi

 

Sonders əlavə edib ki, tərəfdaşları bədbəxt edən təkcə ünsiyyət səhvləri deyil. Onun sözlərinə görə, əksər ailələr uşaq dünyaya gəldikdən sonra çətin dövr keçirir. Bəzən bu andan boşanmaya səbəb olan fikir ayrılıqları başlayır.

Bunun qarşısını almaq üçün Sonders hər gün bir-birinizlə bir az vaxt keçirməyi – bir fincan kofe üzərində 15 dəqiqə söhbət etməyi, yatmazdan əvvəl qucaqlaşaraq uzanmağı tövsiyə edib.

Bundan əlavə, mütəxəssis əmindir: özünüzü sonuncu yerə qoysanız və şəxsi maraqlarınızı, istəklərinizi qurban versəniz, xoşbəxt bir evliliyi qorumaq mümkün deyil. Onun fikrincə, insanlar müntəzəm olaraq özlərinə qayğı göstərsələr və sevimli hobbilərinə vaxt ayırsalar, münasibətlərdə daha yaxşı və düşüncəli olurlar.

 

Fidan İlqar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir