pul

Bədxərc məşhurlar pullarını hara xərcləyirlər?

Baxış sayı: 744

Məşhur simalar çəkildikləri seriallardan, reklam çarxlarından, getdikləri konsertlərdən milyonlar qazanırlar.  Bəs görəsən, məşhurlar  qazandıqları pulları nəyə xərcləyirlər?

2021-ci ildə reper Lil Uzi Vertin alnına 24 milyon dollar dəyərində olan 10 karatlıq brilyant taxdırmışdı.

Tibb məntəqələrində saatlarla növbədə durmamaq  üçün  Tom Kruz 200 min dollarından keçərək özü üçün şəxsi UZİ aparatı alıb. Daha doğrusu, o, bunu keçmiş arvadı Keti Holms üçün almışdı. K.Holms o zaman hamilə idi. Tom Kruzsa qayğıkeş ər və ata olaraq onun üçün evdə hər cür şəraiti yaratmışdı.

Mayli Sayrus  süni saçlar üçün 24 min dollar ödəyib. Çox maraqlıdır ki,qısa saçları sevən Mayli bu saçlardan demək olar ki, heç istifadə etmir.

Mayk Tayson 150 min dollar ödəyərək özünə bəbir balası alıb.  Nə qədər qəribə səslənsə də, lakin  dünyanın ən sərt insanlarından biri olan Tayson heyvanları çox sevir.

Paris Hilton itləri  üçün 325 min dollarlıq  balaca ev alıb. Xüsusi dizayn ilə tikilən evin içində dəbdəbəli mebellər və çılçıraqlar var. Evin gözəl şəraiti hətta məşhurun özünün də orda yaşamağına imkan verir.

Kardi B və əri 3 yaşlı qızına onu sevindirmək üçün işıldayan  brilyant boyunbağılar alıblar.

Kim Bessencer pullarını maşına, daş-qaşlara, evlərə və s. xərcləməkdən imtina edib. Əvəzində 1989-cu ildə Corciya ştatında 20 milyon dollara şəhər alıb.

Peşəkar basketbolçu PJ Taker evində kifayət qədər yer olmadığı üçün ayaqqabı kolleksiyası üçün  xüsusi ev tikib.

pul

Kinorejissor Stiven Şpilberq bir müddət əvvəl etdiyi alış-verişlə öz pərəstişkarlarını heyrətləndirib.  Rejissor Orson Uellsin “Vətəndaş Keyn” filminin rekviziti sayılan xizəkləri 60 min dollara alıb. S.Şpilberq bildirib ki, o, bu filmi bütün dövrlərin və xalqların kinematoqrafiya tarixinin klassikası hesab edir. Buna görə də bu xizəklər onun üçün keyfiyyətli kinonun simvoludur.

Məşhur amerikalı futbolçu Juju Smith-Şuster öz iti Biguya brilyantlarla bəzədilmiş xalta alıb.

Nikolas Keyc bir dinozavr skeletinə və komikslər kolleksiyasına görə 2 milyondan çox vəsait ödəyib. Yeri gəlmişkən, dinozavr skeleti aktyora 276 min dollara başa gəlib.

Blogger Loqan Paul  dünyada cəmi 3 ədəd olan  Pokemon Çarlzad  kartından  birini satın alaraq  150.000 dollar ödəyib.

Donald Tramp təyyarəsinə 100 milyon dollarlıq qızıl qabıq quraşdırıb.

DJ Çarli Slot Dubayda bir barda 272.200 dollar  xərcləyib və burada çəkdiyi  fotosunu sosial şəbəkələrdə yerləşdirib.

2011-ci ildə Cey-Z və Beyonce  qızları Blue üçün svarovski daşlardan bəzədilmiş hamam vannası alıb. Vannanın qiyməti 5 min 200 dollar olduğu deyilir.

“Microsoft”un qurucularından Paul Allenin 17,1 trilyon dollarlıq sərvəti olduğu deyilir. Paulun 2-ci Dünya müharibəsindən qalma döyüş reaktivlərindən ibarət kolleksiyası var. Bu reaktivlərin qiyməti barədə məlumat verilmir.

Bəs siz kabuslar detektoru adlı  cihaz haqqında  nələri eşitmisiz? Hər halda, belə bir cihaz mövcuddur və qiyməti də 50 min dollardır. İndi isə təxmin edək ki, bunu kim ala bilər. Ledi Qaqadan başqa kim ola bilər ki? Müğənninin dünyada yaratdığı imici nəzərə alaraq, bu cür hərəkətləri onun üçün sıradan bir hadisə kimi qəbul edilir. Onun sözlərinə görə, o özünü güvəndə hiss etmək üçün bu cihazı alıb.

Hava nəmləndirici  adi fantanabənzər ultrasəs yayan bir cihazdır. Hal-hazırda onu satışda 20 dollara almaq mümkündür. Lakin  Selin Dionun evində quraşdırılan hər nədirsə 2 milyon dollara başa gəlib.

Amerikanın pop ulduzu Keşa isə üzü və bədəni üçün istifadə etdiyi parıldıcı vəsaitlər üçün hər ay minlərlə dollar xərcləyir.

Çarlizİ Steron 100 min dollar dəyərində 1500 brilyant işləməli əl çantası satın alıb.

Model Tamara Ekklstounun səkkiz aylıq qızına  Hermes çantası alıb.

Kolumbiyalı repçi Dan Sur saçını cərrahi yolla implantasiya edilmiş qızıl zəncirlərlə əvəz edib. Deyilənlərə görə, bu qızıl zəncirlər  başına qarmaqlarla bağlanır.

pul

İngilis reper Tayni Tempanın ayaqqabılara qarşı olduqca qəribə bir həssaslığı var. Onun artıq hər kəsi heyrətləndirəcək ayaqqabı kolleksiyası mövcuddur. Ayaqqabı dəlisi kimi tanınan reperin  kolleksiyasına növbəti əlavəsi 37 min dollarlıq “Nike Air Mags” idman ayaqqabısı olub.

“Space Girls” qrupunda solist olaraq tanınan məşhur biznes-ledi Viktoria Bekham dəbdəbəli həyatı ilə seçilən məşhurlar sırasına daxildir. Bəzən pullarını dəlicəsinə, sanki havaya sovuran Viktoria məşhur  “Stuart Hughes” şirkətinin 24 karatlıq qızıl telefonuna sahib olaraq  diqqət mərkəzində qalmağı bacarıb.

Lady Qaqanın konsertlərinin birində səhnədə aksesuar olaraq istifadə etdiyi papaq Gladys Tamez Millinery dizaynıdır.Dizayner daha əvvəl məşhur müğənninin son albomu “Joanne” nin albom qapağında istifadə  edilən papağı da hazırlamışdı. Ancaq bu papaq 1 milyon dəyərindəki qiyməti ilə önə çıxır.

45 mindən çox Svarovski kristalları ilə bəzədilmiş papağı 10 nəfərlik bir qrup 300 saatı aşan iş nəticəsində ərsəyə gətiriblər.  Papağın ucundan sallanan 60 qotazın hamısı əl istehsalı kristallarla bəzədilmişdir.

İstər mahnıları, istərsə də paylaşımları ilə adından söz etdirən türkiyəli gənc müğənni Aleyna Tilkinin bədxərc olduğu üzə çıxıb. Müğənniliyi ilə yanaşı, çəkildiyi reklam filmləri ilə də sərvət qazanan müğənni pulunu “havaya sovururmuş”. Onun sadəcə bir köynəyinin 10 min lirə olduğu bildirilir.  Deyilənlərə görə, Aleyna hətta corablarını belə ən bahalı brendlərdən alır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir