pese

Bəs siz bu peşələr haqqında eşitmisinizmi? – FOTOLAR

Baxış sayı: 583

Dünyada  qeyri-adi, qəribə və hətta qorxulu peşələr mövcuddur. Bu yazıda onların bəziləri haqqında məlumat verəcəyik.

 

 

Tısbağaları yemləyən

Hamilton  adasında təzəlikcə maraqlı bir peşə yaranıb. Beləki, burada işə götürülən insan   altı ay ərzində  lüks bir kottecdə məskunlaşır və  ayda 20 min dollar məvacib alır. İşçidən yalnız evdəki qaydanı qorumaq, tısbağaları yemləmək və mərcanlara nəzarət etmək tələb olunur.

Pinqvin

Pinqvin qaldıranlar

Rusiyada həqiqətən maraqlı və qeyri-adi bir peşə mövcuddur. Bu işi yerinə yetirən insanlar  pinqvin qaldırıcılar adlanırlar.

Onun nümayəndələri azdır. Ancaq bu peşə həqiqətən vacibdir, bunun sayəsində yüzlərlə və minlərlə pinqvin həyatda qalır. Yeri gəlmişkən, pinqvin düşərsə, o zaman yardım olmadan qalxa bilmir və çox vaxtı köməksiz qaldıqda  ölürlər. Hər kəs bir pinqvin qaldırıcısı ola bilməz. Onlar yaxşı fiziki formada və ən əsası soyuq havaya  davamlı olmalıdırlar. Beləliklə, Rusiyada ən qeyri-adi peşələrin siyahısına pinqvin qaldırıcısının işi başçılıq edir.

 

 

Qarışqa yetişdirənlər

Uşaqlıqda bir çoxumuz qarışqa tutub toplamışıq. Lakin  çoxumuz belə bir işin olduğunu təxmin belə etməmişdik. Nə qədər qəribə görünsə də bunun üçün xüsusi təhsildən keçmək və əsl mütəxəssis olmaq lazımdır. Bir tələçi bir qarışqa anatomiyasını başa düşməli, qarışqa yuvasını necə tapacağını və necə araşdıracağını bilməlidir, sonra onları xüsusi qarışqa təsərrüfatlarında yetişdirmək üçün ən güclü və inadkar fərdləri seçməlidir. Çox vaxt bu cür qarışqalar  tibbi məqsədlər üçün istifadə olunur. Onların  zəhərlərini toplayaraq  bunun əsasında hər cür məlhəmlər hazırlanır.

62dad6e2164864527934682836910207730

Sərnişinlərə nəzarət edənlər

Meqapolislərin əhalisi indiki kimi artmağa davam edərsə, bu vakansiya bütün dünyada aktuallaşacaqdır. Çin metrosunda məşhur olan  bu qeyri-adi peşənin sahibləri insanlara  sözün əsl mənasında vaqonlara minməyə kömək edirlər. Bu işçilər  hər şeyə  diqqət etməlidirlər ki, sərnişinlər vaqona daxil olarkən  heç bir xəsarət almasın.

MEYMUN

Meymunlara nəzarət edənlər

Cape Town şəhərinin ətrafları təpə və dağlarla əhatə olunur və əhali artdığından, bəzi təpələrdə yeni mikrorayonlar salınır. Həmin ərazi pavianların məskənidir. Bu primatlar yeni binaların tikintisini diqqətlə izləyir, hər şeyin hazır olduğunu gözləyirlər, sonra isə sürü-sürü evlərə soxulub orada hər şeyi darmadağın edərək “işğalçılara” bu yolla öz narazılıqlarını nümayiş etdirirlər. Bu heyvanlar aqressiv və çox təhlükəlidirlər. Cənubi Afrikada pavianlar qanunla qorunur və onlar toxunulmazdır. Odur ki, yeni binaların sakinləri pul yığıb xüsusi bir adam (bəzən isə bir neçəsini) tuturlar ki, əlində böyük bir qamçı ilə həmin ərazini gəzib keşik çəksinlər. Həmin keşikçi qamçını yerə çırpıb pavianları qorxudub kollara qaçırdan səslər çıxarır.

TER

Qoltuqları qoxlayanlar

Dezodorant istehsal edən şirkətlərdə çox vacib və dəyərli işçilər var. Bu işçilər başqalarının tərli qoltuqaltılarını iyləyənlərdir.

Yeni spreyin effektivliyini bundan yaxşı hansı yolla müəyyən etmək olar ki? Laboratoriyada işləyən mütəxəssislər yeni bir qoxu icad edərkən onu yoxlamaq üçün yaxşıca isidilmiş bir otağa çox həssas bir iy duyğusuna malik bir insanı otuzdururlar. Sonra həmin otağa bədəninə sprey vurmuş tərli insanları buraxırlar. Həmin insan onların qoltuqaltılarını iyləməlidir. Bəzən o, bunu saatda 60 dəfə etməlidir. Bundan sonra qoxu mütəxəssisi gördüyü işin nəticələri barədə hesabat yazır və laboratoriya dezodorantın kimyəvi tərkibində dəyişiklik etməli olur və ya olmur. Burunları ilə iş görən insanların əməkhaqqları o qədər də böyük deyil.

 

İnsan qalıqlarını toplayanlar

Bəzən insanlar bədbəxt hadisə nəticəsində və ya  qatillər tərəfindən qətlə yetirilirlər. Onların cəsədi ölümdən bir neçə həftə, bəzən isə bir neçə ay sonra aşkar edilir.  Belə hallarda hadisə yerinə polis, kriminoloqlar, ekspertlər gəlib nəyin baş verdiyini müəyyən etməyə çalışırlar. Onlardan sonra isə “təmizləyicilər” gəlib hadisə yerində yır-yığış işləri aparmalıdırlar. Bu iş ürəyi zəif olanlar üçün deyil. Londonun hər bir rayonunda belə işlərə baxan müəyyən şəxslər var.

Həmin şəxs naməlum cəsədlərin tanınması, bundan sonra cəsədin meyitxanaya çatdırılması və mərhumun cəsədinin (bəzən həftələrlə) qaldığı yerin təmizlənməsini təşkil edir və bu işə görə əmək haqqı alır. Lakin bəzi ölkələrdə bu işi könüllülər görür. İsraildə misal üçün ZAKA adlı təşkilat var. Bu təşkilatın əksər üzvləri dindar yəhudilərdir və onlar gördükləri işin müqəddəs oduğunu zənn edirlər. Yol qəzası və ya terror hadisəsi baş verəndə ZAKA könüllüləri dərhal o yerə gəlib ölmüş insanın cəsədinin bütün qalıqlarını toplayıb basdırırlar. ZAKA üzvləri hesab edirlər ki, ölənlər layiqli tərzdə dəfn olunmalıdırlar və qəbirdə insan cəsədinin bütün hissələri olmalıdır. Bununla onlar ölənin qarşısında son insani borclarını yerinə yetirmiş və təmənnasız bir iş görmüş olurlar.

 

İt-pişik yemlərini dadanlar

Elə dequstatorlar var ki, onlar ev heyvanları, it və pişiklər üçün nəzərdə tutulan yeməyin dadına baxmalı olurlar. Belə işçilərin maaşı heç də az olmur.  Dequstatorlar deyirlər ki, itin və insanın dad reseptorları fərqlənsə də, bu halda dequstasiya ev heyvanları üçün yeməklərdə bütün inqridiyentlərin yerində olmasını və yeməyin yaxşı bişirilməsini yoxlamaq üçün çox vacibdir. İtlər üçün yemək insan üçün də yararlı olan ətdən hazırlandığından dequstatorlar deyirlər ki, bu cür yeməklərin dadı, adətən, yaxşı olur. Amma bu, yalnız bahalı brendlərə aiddir. Elə həmin dequstatorlar etiraf edirlər ki, ucuz it yeməyi konservini açanda bankadan çıxan iy ürək bulandırır. Odur ki, belə hallarda dequstator bəzən işə öz iti ilə gəlir ki, yeni yemin itinin xoşuna gəlib-gəlmədiyini müəyyən etsin.

BALINA

Analiz yığanlar

Dənizdə balinanın su püskürdüyünü hamı görüb, ən azı kitab və ya televiziya vasitəsilə. Amma iş ondadır ki, balinanın püskürdüyü, əslində, su deyil. Onlar fırtıq püskürür. Balinaların həyatını müşahidə etmək çox mürəkkəb işdir. Onlar çox vaxtı suyun altında keçirir, suyun üzünə qalxanda isə balinalara yaxınlaşmaq çox təhlükəlidir. Mütəxəssislərin apardıqları müşahidələr müəyyən edib ki, balinaların fırtığı xeyli faydalı və maraqlı informasiya daşıyıcısıdır – DNT nümunələri, bakteriyalar, viruslar və digər növ məlumat. Bütün bu məlumatı təhlil edərək heyvanın sağlamlıq durumunu, onun digər balinalarla doğmalıq dərəcəsini müəyyən etmək olar. 2018-ci ilin əvvəlinə qədər elm adamları özlərini böyük risk altına qoyaraq bu işin öhdəsindən gəlirdilər. Qayıqda balinaya yaxınlaşıb 10 metrlik dirəyə bərkidilmiş laboratoriya qabı ilə balina fırtığı yığırdılar. Müasir texnologiyalar fırtıq yığanların işini yüngülləşdirib. İndi onlar balina fırtığını dron vasitəsilə yığırlar. Laboratoriya qabını daşıyan dron balina püskürən zaman heyvanın üzərindən uçur və beləcə, qaba fırtıq nümunələri yığılır.

 

Assenizator

İnkişaf etmiş ölkələrdə kanalizasiya yollarını təmizləyənlərin xüsusi geyimi, maskası, əlcəyi və bu kimi digər köməkçi vasitələri olur. Lakin Hindistanda  ən aşağı kastadan olan insanlar bu işi ömür boyu görürlər. Onlar əyinlərində adi paltar ilə nəcis kütləsinə enib, həmin nəcis kütləsini əlləri ilə vedrələrə doldururlar.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir