Gelinlik

Bəyəndiyiniz gəlinlik növü xarakterinizi ortaya qoyur

Baxış sayı: 1. 956

Toy bütün qızların xəyal qurduğu ən əsas gündür. Bu xüsusi gündə bütün gəlinlər hamıdan gözəl və zərif görünmək istəyir. Hər bir gəlin fərqli modeldə gəlinlik seçir və əslində bu, hansı xarakterdə olduğunuzu göstərir. Bəyəndiyiniz gəlinlik növünə görə hansı xarakterdə olduğunuzu bilirsinizmi? Əgər bilmirsinizsə, məqaləmizi sona qədər oxuyun.

 

Yaxası ürək formasında olan gəlinliklər 
Qəlb eşqin və sevginin simvoludur. Ürək formalı gəlinlikləri həssas və romantik xarakterə sahib olan gəlinlər seçir.

 

Sadə və düz formada olan gəlinliklər

Bədənə oturan sadə gəlinliklər, özünə inanan gəlinlərin seçdiyi gəlinlik formasıdır. Bu xarakterli xanımlar sözü üzə deyən və qadın haqlarını qoruyan qadınlar olur və bu qadınlar dəblə geyinməyə önəm verirlər.

 

Qabarıq gəlinliklər

Bütün xanımlar toy günü şahzadə kimi görünmək istəyir. Şahzadə olduğunuzu hiss etdirən gəlinlik isə qabarıq gəlinlikdir. Qabarıq gəlinliklər sizi bir hekayənin və ya romanın qəhramanı kimi hiss etdirəcək.

 

Trapes formalı və ya ətəkli gəlinliklər

Əsasən adət-ənənələrinə bağlı xanımların seçdiyi gəlinlik formasıdır. Əslində bu gəlinlik forması çox sadədir və bu modeldə gül naxışları və ya krujevalı tül detalları seçərək daha gözə çarpan gəlin obrazı yarada bilərlər.

 

Balıq formalı gəlinlik modelləri
Ən göz qamaşdıran gəlinlik modeli isə şübhəsiz ki, balıq formalı gəlinlik modelləridir. Özünə inanan və ayaqları üzərində dik durmağı bacaran xanımların seçdiyi gəlinlik modelidir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir