Bəzən xanımlar partnyorunundan bir neçə fikirlər eşidirlər. “Səninlə çox xoşbəxtəm, amma bu münasibətə ad qoymayaq”. “Yeni münasibətə hələ hazır deyiləm” kimi fikirlər ifadə edirlər.
Bağlanmaqdan qorxan bəylər bu kimi fikirlər ifadə edirlər. Bunun şüuraltı da olan bəzi səbəbləri olur. İtirmək, tərk edilmək, məsuliyyət, şəxsiyyətinə zərər gəlmə və.s kimi narahatlıqlar bağlanmaq qorxusunu yaşadır. Bir bəyin özünü yetərsiz hiss etməsi və qarşısındakının ondan güclü olmasını düşünməsi, onda tərk edilmək qorxusunu yaşadır. Bəzən elə olur ki, sərbəstliyinin əlindən alınması qorxusu da bağlanmaq qorxusuna təkan verir. Bəylər bir qadına bağlandıqda, idarənin əlindən çıxacağına inanır, münasibət də zəif tərəf olmaqdan qorxurlar, buna görə də bağlanmaq istəməzlər. Bir bəy qadına bağlanarsa, qadının onu önəmsəməyəcəyini düşünür. Bəylər bağlanmaq və asılı qalmağı qarışdırırlar.
Bəlkə də bağlanmaqdan qorxan bir bəyin, bağlanmamış hər hansı travması ola bilər
Buna görə bəzən həmin bəylər, bağlansalar və həmin travmanın üzə çıxmasından ehtiyat edirlər. Əslində daha dərinə baxsaq, bəylər, incinməkdən, ayrılıqdan sonra yaşayacaqları ağrıdan qorxurlar. Ağrı çəkməmək üçün bağlanmaqdan qorxan bir bəyx əslində normal bir hal deyildir.
Bəylərin anaları ilə bağlılığı qızlara nisbətən daha tez qopmağa başlayır. Beləliklə bəy bunu başqa bir qadında doldurmağa başlayır, eyni zamanda onlar bundan qorxduqları üçün qadının ona bağlanmasına üstünlük verirlər.
Bağlanmaq qorxusu yaşayan bəy, daima daxillərində mübarizə etdikləri üçün tez-tez münasibətləri uğursuz olur. Öz narahatlıqlarını idarə edə bilmədikləri üçün partnyorlarını da çətinə salan psixologiyaya sahib olurlar.
Münasibət dedikdə bağlılıq deməkdir. Asılı olmadan da bağlanmaq mümkündür.
Zümrüd Haqverdiyeva
“Bilmed” Psixologiya, Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu