Yoqasevərlər Rişikeş şəhərini yaxşı tanıyırlar, çünki o dünya yoqasının paytaxtı hesab olunur.
Balaca şəhərdir, 150 min əhalisi, amma bütün ölkələrdən buraya insanlar gəlir, Aşram deyilən yoqa məktəblərində yaşayıb bu fəlsəfəni dərindən oyrənirlər və s.
Qanqa çayı məhz buradan başlayır və yalnız burada Qanqa sularını saf, təmiz və ürəkaçan rəngdə görmək olar.
Sonra o axır aşağı və çirkab suya dönür.
Amma bir şeyı qeyd edim – 10 il əvvəl mən Hindistanda olanda, natəmizlik və antisanitariya dəhşətli dərəcədə idi, bu dəfə isə o vaxtlarla müqaisədə ölkəni nisbətən təmiz gördüm.