Analiz

Bəzi pis asılılıq və vərdişlər irsən keçirmiş – ARAŞDIRMA

Baxış sayı: 1. 319

Yuxusuzluq irsən keçə bilirmiş. Böyük Britaniya alimlərinin insan genetikası üzərində apardıqları araşdırmalar belə deməyə əsas verir.

Araşdırmalara görə, yuxunun müddəti və keyfiyyəti genin 47 hissəciyi ilə tənzimlənir. Yuxusuzluq amili RAX8 və MEIS1 genləri ilə əlaqədardır.ME IS1 geni həmçinin nadinc ayaq sindromuna da səbəb olur.

Həmçinin, alimlərin araşdırmaları göstərib ki, genetik nizam bir çox hallarda insanların bir çox vərdişlərinin nəsildən nəsilə ötürülməsinə səbəb olur. Buna alkoqolizm, narkotik asılılığını aid etmək olar.

Xərçəng, şəkərli diabet, piylənmə, epilepsiya kimi xəstəliklərin genlə ötürülməsi faktı isə artıq çoxdan təsdiqini tapıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir