TEST

Bacı-qardaş münasibətiniz necədir?

Baxış sayı: 524

Bacı-qardaşınızla sonuncu dəfə nə vaxt dərindən söhbət etmisiniz?

a) Dünən və ya bu gün

b) Bir neçə gün əvvəl

c) Bir neçə ay əvvəl

d) Heç xatırlamıram

 

Onun başına yaxşı bir hadisə gələndə…

a) Sanki mənim başıma gəlibmiş kimi sevinirəm

b) “Əhsən!” deyib təbrik edirəm

c) Normal qarşılayıram

d) Daxildə bir az qısqanıram

 

Aranızda fikir ayrılığı olanda nə olur?

a) Dərhal danışıb həll edirik

b) Bir müddət danışmırıq, sonra barışırıq

c) Uzaqlaşıram və özümə qapanıram

d) Uzun müddət küsülü qalırıq

 

Bacı-qardaşınız sizə ehtiyac duyarsa…

a) Hər şeyi buraxıb onun yanında olaram

b) Əlimdən gələni edərəm

c) Bacardığım qədər kömək edərəm

d) Çətin olsa, çəkinərəm

 

Uşaqlıq xatirələrinizdə bacı-qardaşınız necə yer tutur?

a) Ən gözəl xatirələr onunla bağlıdır

b) Maraqlı və qarışıq xatirələrimiz var

c) Bəzən dalaşsaq da, idare edirdik

d) Əsasən soyuq münasibətimiz vardı

 

Bacı-qardaşınızla birlikdə bir səyahət planlasanız…

a) Əla olar! Onunla yol getmək çox əyləncəlidir

b) Maraqlı ola bilər, amma ehtiyatla yanaşaram

c) Çox da maraqlı olmaz, ayrı getməyi üstün tutaram

d) Bu fikir belə məni yorur

 

O sizə sirrini etibar edərmi?

a) Bəli, ilk mənimlə bölüşər

b) Bəzən danışır

c) Nadir hallarda danışır

d) Heç vaxt sirrini mənə deməz

 

Nəticələr:

Əksəriyyət “a” və “b” cavabıdırsa:

Sizin bacı-qardaş münasibətiniz sevgi, güvən və anlayış üzərində qurulub. Uşaqlıqdan bu günə qədər aranızda möhkəm bir bağ formalaşıb. Hər nə qədər fikir ayrılıqları yaşasanız da, bir-birinizin dayağısınız.

 

Əksəriyyət “c” cavabıdırsa:

Aranızda emosional bir məsafə var. Bəlkə keçmişdəki anlaşılmazlıqlar və ya fərqli həyat tərzləri sizi bir qədər uzaqlaşdırıb. Ancaq bu bağ tam qırılmayıb – bir neçə səmimi addım hər şeyi dəyişə bilər.

 

Əksəriyyət “d” cavabıdırsa:

Sizin bacı-qardaş münasibətiniz kifayət qədər gərgindir və aranızda buzlar var. Hiss etdiyiniz soyuqluq, bəlkə də illərdir danışılmayan duyğuların nəticəsidir. Bu bağları yenidən qurmaq üçün təşəbbüs göstərmək çox şeyi dəyişdirə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir