badimcan kukusu

Badımcanlı kükünü belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 795

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə badımcanlı kükünün reseptini təqdim edəcəyik.

 

Tərkibi:

Badımcan – 1 kq

Soğan – 2 ədəd

Qoz – 200 qr

Yumurta – 3 ədəd

Duz, istiot – zövqə görə

Image result for kükü badımcan

Hazırlanması:

Soğan və badımcanı ayrıca ətçəkən maşında çəkirik. Sularını sıxırıq, yenə ayrıca. Tavaya bitki yağı töküb qızdırırıq və soğanı, daha sonra badımcan və qozları qızardırıq.

Bütün bunları dərin bir soba qabına qoyuruq, üstünə çırpılmış yumurtanı tökürük. Hər tərəfə eyni yayırıq ki, bütün qarışım içinə çəksin.

Qabı sobaya qoyuruq, kükü qızaran kimi demək olar ki, hazırdır. Romb şəklində doğrayırıq, soyuq ya da isti halda və ya plovun yanına qarnir kimi veririk.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir