VALIDEYN

Bağçalarda kişi tərbiyəçi işləyə bilməz? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 426

Azərbaycanda illərdir belə bir tendensiya yaranıb ki, kişilər bağçalarda tərbiyəçi işləyə bilməz. Hər halda, psixoloq Vəfa Rəşidova belə düşünür. Onun sözlərinə görə, bağçalarda kişi müəllimlərinin olması mütləqdir:

“Əgər valideyn kişi tərbiyəçisi olan bağçaya uşağını yollamaq istəmirsə, müəllimin pedofil olma şübhəsi varsa, həmin şəxs məktəbə uşağını yollayanda da güvənsiz olacaq. Bu, valideynin qorxusu, şəxsi yanaşmasıdır.

Bu, düzgün yanaşma deyil. Bu cür düşünmək haradasa eşitdiyi və travma aldığı düşüncədən irəli gəlir. Çünki bu gün bağça, məktəblərin ərazisində pedofil var ki, qorxurlar”.

Vefa Residova

Psixoloq bildirir ki, bağçalarda, məktəblərdə müəllimlər işə götürülmədən əvvəl psixoloji müayinədən keçirilməlidir:

“O zaman valideynlər də uşaqlarını işini bilən mütəxəssislərə etibar edə biləcəklər. Tərbiyəçilər, müəllimlər bu cür müayinədən keçmədikləri üçün valideynlər etibarsız yanaşır, uşaqlarını onlara etibar etməkdən çəkinirlər”.

“Uşaqlar üçün kişi və qadın müəllim obrazı mövcuddur. Bağçada onların tərbiyəsi ilə qadın müəllimlər məşğul olur. Bu zaman uşaqların xarakterinin formalaşması tam olmur. Bağçalarda kişi müəllimlərin olması oğlanların kişi kimi yetişməsinə zəmin yaradır.

Ətrafımızda o qədər natamam ailə var ki, onlarda ata obrazı əskik olur. Bağçalarda kişi tərbiyəçi bu cür uşaqlarda kişi obrazının nümunəsini yarada bilər. Ən önəmli məqam budur və biz bunu ötürürük. Müəllim sahəsinə hörmət edən olsa, valideynlərin qorxusu olmaz”, – deyə psixoloq qeyd edir.

 

İlhamə Əbülfət




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir