Nermine  Abbasova

Bağırsaq sağlamlığını qorumalı? - EKPERT YANAŞMASI

Baxış sayı: 575

Mədə-bağırsaq sistemi orqanizmin ən vacib funksiyalarını yerinə yetirən və sağlamlığın qorunmasına mühüm töhfələr verən bir hissəsidir. Həmçinin, düzgün işləmədikdə bədənin digər funksiyalarına da mənfi təsir göstərərək müxtəlif xəstəliklərə səbəb ola bilər. Qidaların həzmi və mənimsənilməsi, orqanizmə zəruri vitamin və mineralların çatdırılması, həmçinin toksinlərin bədəndən atılması kimi vəzifələri yerinə yetirən mədə-bağırsaq sistemi, sağlamlıq üçün çox böyük əhəmiyyət kəsb edir. Bu sistemin funksiyalarında yaranan pozuntular isə geniş bir simptomatikaya səbəb ola bilər.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasova bu mövzuda öz dəyərli fikirlərini bizimlə bölüşür. O, mədə-bağırsaq xəstəliklərinin yalnız mədə və bağırsaqlarla məhdudlaşmadığını, bədənin digər orqanlarına da mənfi təsir etdiyini vurğulayır. Nərminə Abbasova bildirir ki, mədə-bağırsaq sisteminin düzgün işləməməsi, orqanizmə zəruri olan maddələrin mənimsənilməməsinə və toksinlərin bədəndən atılmamasına səbəb olur ki, bu da bir çox xəstəliklərin yaranmasına zəmin yaradır. Xəstəliyin erkən mərhələlərində diqqət yetirilməməsi digər sağlamlıq problemlərinin inkişafına yol aça bilər.

MEDE

Bu səbəbdən, mədə-bağırsaq sisteminin sağlamlığını qorumaq üçün düzgün pəhriz, həyat tərzi və stresin idarə edilməsi olduqca önəmlidir. Bəzi xəstəliklər isə zamanla daha da ağırlaşaraq mədə-bağırsaq problemlərinin kəskinləşməsinə və digər sistemik pozuntulara yol açır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir