bagirsaq

Bağırsaqlar üçün ən faydalı məhsullar

Baxış sayı: 617

Fermentləşdirilmiş süd məhsullarının tərkibində olan probiotiklər, həmçinin qida əlavələri şəklində olan prebiyotiklər bağırsağın fəaliyyətinə müsbət təsir edir.

Bu barədə endokrinoloq və dietoloq Aleksey Kalinçev danışıb. Mütəxəssis bildirib ki, probiyotiklər laktik turşu bakteriyalarıdır, onlar əhali arasında məşhur olsa da, prebiyotiklər çox zaman unudulur. Həkim izah edib ki, məhz prebiyotiklər yoğun bağırsaqda yaşayan bakteriyalar tərəfindən prebiotiklərin parçalanması zamanı əmələ gələn uzun zəncirli yağ turşuları hesabına bağırsaq xərçənginin qarşısını ala bilir.

“Söhbət mikrobiota bakteriyalarının həyati fəaliyyəti nəticəsində əmələ gələn butiratlardan gedir. Onlar yoğun bağırsaqda kolonositlərin normal böyüməsi üçün lazımdır” , – ekspert əlavə edib.

Həkim onu da xatırladıb ki, prebiyotikləri apteklərdən almaq olar.

“İnulin almaq daha yaxşıdır, o, D-fruktoza polimeridir. Bundan əlavə, bağırsağın normal işləməsi üçün un məhsullarını çox yeməməlisiniz”, – diyetoloq yekunda qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir