ata

BAĞIŞLA, ATA – Həyat hekayəsi

Baxış sayı: 1. 399

Evləndikdən sonra onlarla birgə qalan atası üzündən tez-tez həyat yoldaşı ilə mübahisələri olurdu.Həyat yoldaşı onun atasını istəmir və evdə artıq biri olduğunu düşünürdü. Bu mübahisələr bəzən çox həddini aşırdı. Yenə belə mübahisələrdən birində həyat yoldaşı onu çox çətin seçim qarşısında qoyur. “Ya mən gedirəm ya da atan bu evdə qalmayacaq”  deyir.

Həyat yoldaşını itirə bilməzdi. Atası üzündən yaranmış bu mübahisələri nəzərə almasaq, onun xoşbəxt bir ailəsi, sevdiyi və onu sevən həyat yoldaşı, uşaqları vardı. Həyat yoldaşı ilə ailə qurmaq üçün çox çətinliklərdən keçmişdi. Onun ailəsini özünə  inandırmaq üçün çox çalışmış ve problemlərlə qarşılaşmışdır. Hələ də onu çox sevirdi. Çarəsizlik içində çox düşündü və nəhayət düz qərar verdiyi qənaətinə gəldi. Bir neçə il öncə ovçuluğa olan böyük marağı sahəsində tikdirdiyi dağ evinə aparacaqdı atasını. Həftədə bir dəfə yanına gedəcək nəyə ehtiyacı varsa, öyrənəcək həm də öz həyat yoldaşı ilə olan problemi də həll olunmuş olacaq. Atasına lazım olan bütün əşyaları yığdıqdan sonra yataq xəstəsi olan atasını yataqdan qaldırıb maşına apardı. Oğlu Can “ata mən də səninlə getmək istəyirəm” deyə israr etdikdə onu da maşına mindirib yola düşdülər.

Sərt qışın tam ortaları idi və hava çox soyuq idi. Qar çox yağdığından yolu çətinliklə seçirdilər.Balaca Can tez-tez atasından “Ata hara gedirik?” deyə soruşurdu lakin, atası heç bir cavab vermirdi. Digər tərəfdən isə hara aparıldığını artıq anlamış yaşlı adam göz yaşlarını oğlu və nəvəsindən gizlətməyə çalışırdı. Bir neçə saatdan sonra nəhayət dağ evinə çatdılar. Çoxdandır bura gəlməmişdi. Ev artıq çürüməyə başlamış, tavanından su damcılayırdı. Evin bir küncünü təmizləyib özü ilə gətirdiyi yataq əşyalarını ora qoydu. Sonra digər əşyaları gətirdi və ən sonda atasını kürəyinə alaraq onun üçün hazırladığı yatağa uzatdı. Çarəsiz halda atasına baxırdı. Indidən əsməyə başlamışdı. Sabah yenə gəlib qalın yorğan gətirərəm deyə fikirləşdi. Elə kədərli idi ki, ona elə gəlirdi dünya ətrafında fırlanır. O bu halda ikən atası ürəyindən bıçaqla vurulmuş kimi idi. Illərdi böyütdüyü  həyatını həsr etdiyi oğlu tərəfindən bu dağ evinə gətirilmişdi. Qüruru sınmışdı, içi yanırdı, amma, hiss etdirməməyə çalışırdı. Balaca Can isə olanları başa düşmürdü. Babasından ayrılacağı üçün  çox üzgün idi, amma, bunun niyə baş verdiyini bilmirdi. Artıq getmək vaxtı gəlmişdi. Atasının yatağına əyilib əllərini və üzünü bir neçə defə öpdü. Sanki, “Məni bağışla”  deyə-deyə onu qucaqladı, qoxusunu içine çəkdi. Artıq ikisi də özünü ələ ala bilmiyib ağlayırdı. Öz baxışları ilə atasına buna məcbur idim demək istəyir və Canın əlindən tutub iri addımlarla cəld otağı tərk edir.

Maşına mindilər. Yola düşdüklərindən Can hey ağlayırdı. “Niyə babamı o soyuq yerdə qoydun?” deyirdi. Verəcək heç bir cavabı yox idi, anan belə istədi deyə bilmirdi.  Can “ata sən də yaşlananda mən də səni bura gətirəcəm?” deyə  soruşanda qurduğu və yaşadığı dünyası bir cümlə ilə başına uçdu. O, sualın verilməsindən bir neçə saniyə keçməmiş  maşını dəli kimi geri döndərdi. Dağ evinə çatanda “məni bağışla” deyə atasını bərk –bərk qucaqladı. Ata və oğul bir-birini möhkəm qucaqlayıb uşaq kimi hıçqıra-hıçqıra ağlayırdılar.  Oğlu “ata məni bağışla, bütün bunaları sənə yaşatdığım üçün məni bağışla” deyə öz səhvini etiraf etməyə çalışırdı. Ata isə oğluna belə cavab verir;

GERİ QAYIDACAĞINI BİLİRDİM OĞLUM. MƏN AXI ÖZ ATAMI DAĞA ATMAMIŞDIM Kİ, SƏN DƏ MƏNI ATASAN. MəNİ BURDA QOYUB GETMİYƏCƏYİNİ BİLİRDİM.

TƏRCÜMƏ ETDİ: Turanə Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir