Bu baharda nə qədər cins geyinsəniz də, heç bir halda çox hesab olunmayacaq. Buna səbəb isə odur ki, ən əhəmiyyətli dəb blogerləri, həmçinin tanınmış moda markaları cins dəstlərə üstünlük verir və eyni anda bir neçə cins geyinməyi tövsiyə edir.
Bu texnikaya əsaslanan ən dəbli obraz – 70-ci illərin üslubunda olan enli balaq cins şalvar və soroçkaların tandemidir. İncə bir kəmər ilə belinizi vurğulayın və çiyinlərinizə o illərin modasına uyğun blazer atın.
80-ci illərin versiyası fərqlidir, dar cinsləri sevirsinizsə, bol kəsimli gödəkçələrlə tamamlayın.
Boş mom-cinslər, dağınıq gödəkçə, ağ köynək və qızılı boyunbağı isə 90-cı illərin estetikasına dair töhfədir.