Moda son illərdə həmişəkindən daha çoxqütblü görünür, tamamilə əks tendensiyalar populyarlıq eyni dərəcədə qazanır. Mikro və nəhəng çantalar, monoxrom və parlaq printlər, bər-bəzəkli biserli donlar və rahat ev paltarları təəccüblü şəkildə yeni trendlərin siyahısında yer alır. Trendlərin bu qədər qarışıq olmasının səbəbi bəlkə də dünyanın pandemiya fonunda təəccüblü dərəcədə müxtəlif və ziddiyyətli olması ilə izah oluna bilər. Belə görünür ki, tarixin ən qeyri-adi vaxtında yaşayırıq. Bu cür maraqlı digər dixotomiya neon və pastel çalarlarının aktuallığıdır. Rəngi və yaratdığı əhval-ruhiyyəsi tamamilə əks olsa da, eyni trend hesabatlarında bir-biri ilə uyğunlaşmağı bacarırlar. Ancaq bu gün onlardan yalnız incə pastel versiyalarına diqqət yetirəcəyik.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, pastel rəngləri baharda ən az çiçək printləri qədər dəbə minir. Hər il podiumlarda bunların fərqli versiyaları ortaya çıxır. Dizaynerlərin keçən ilin sentyabrında nümayiş etdirdiyi yaz-yay kolleksiyalarında da bütün zefir çalarlarının qiyamını bir daha gördük. Yenə də bu texnikada bəzi dəyişikliklər izlənilə bilər.
Birincisi, 2021-ci ilin yazında təkrəng mütləq üstünlük təşkil edir. Dizaynerlər israr edirlərki, əgər zərif konfet çalarları geyirsinizsə, o zaman başdan ayağa qədər təkrəng olmalıdır! Ən azı məşhur markalar bizi buna inandırır, odur ki, belə böyük moda evləri ilə mübahisə edə bilmərik.
İkincisi, bütün pastel çalarları arasında çəhrayı üstünlük təşkil edir. Kim nə desə də, çəhrayı ən romantik rəng olaraq qalacaq. Bu da təsadüfi deyil, baharda ürək həmişəkindən daha çox romantikaya ehtiyac duyur. Stilistlər də dəb şoularındakı kimi çəhrayı dəstlər geyinməyi tövsiyə edir. Bir sözlə, “Çəhrayı həyat” önümüzdəki altı ay ərzində əsas şüarınıza çevrilməyə iddialıdır.
Lakin başdan ayağa çəhrayı geyinmək sizin üçün çoxdursa, açıq sarı, nanə yaşılı və ya açıq mavi üzərində dayanmaq və trenddə qalmaq olar.