Moda hər zaman müəyyən qanunlar üzrə və müəyyən çərçivədə inkişaf edir. Bununla belə ümumi tendensiyalar müxtəlif dizaynerlərin üslubu və fantaziyalarının vəhdəti şəklində interpretasiya olunur. Məsələn, 2018-ci ildə zərif, romantik siluetlər geri qayıdır. Hazırda dünya podiumlarında bir çox yeniliklər təqdim olunub ki, onlar modanı daha əlçatan, stili isə daha maraqlı edir.
Bu yazıda oxucuları baharın 10 əsas trendi ilə tanış edirik.
Pastel tonları
Yasəmən, limon, buz-mavisi və açıq yaşıl çalarlar ilin sonlarında yaz-yay kolleksiyalarında üstünlük təşkil edəcək. Lakin bu rəngləri sınaqdan keçirtmək üçün martın gəlməsini gözləməyin mənası yoxdur. Pastel tonlarını elə indidən qarderoba daxil etmək olar. Əlvan konfet rəngləri asanlıqla mövsüm geyimləri ilə birləşdirilə bilər.
İri sırğalar
Hələ 2016-ci ildə “Balenciaga” moda evinin kreativ direktoru Demn Qvasaliya bütün dünyaya sübut etdi ki, böyük parıldayan sırğalar istənilən geyimlə çox gözəl dostluq edir. Elə indi də iri bəzək əşyalarını qalın palto və həcmli kurtkalarla geyinmək olar və lazımdır.
Dəbdəbəli trençlər
Bu mövsüm trençlərdən ancaq bir şey tələb olunur: Onlar elə gözəl görünməlidir ki, uzaqdan baxanda paltara bənzəsin. Mürəkkəb biçimlər, qeyri-adi kəmər, pastel çalarları və gül printlərinin olması alqışlanır.
Kardiqan (Jaket)
1940-ci illərin kardiqanlarını xatırladan fasonlar yenidən dəbə qayıdıb. Bu il tünd rənglərdən bacardığımız qədər uzaq oluruq və təravətli çalarlar seçirik. “Etro” brendinin dəfiləsində nazik jaketlər klyoş yubkalarla və etnik üslubda iri sırğalarla kombin edilmişdi.
Rəngbərəng
Canni Versaçenin 1980-cı illərdə təqdim etdiyi təmtəraqlı, rəngbərəng köynəkləri və bluzları yenidən aktualdır. İdeal rəngbərəng köynəklərin ən maraqlı versiyalarını məhz bu brendin mağazalarında axtarmaq məsləhətdir. Belə ki, Canni Versaçeninin bacısı Donatella yaz-yay nümayişini arxiv kolleksiyalarını əsas götürərək hazırlayıb. Yeri gəlmişkən, moda tənqidçiləri onu son onilliyin ən yaxşı kolleksiyalarından biri kimi tanıyıb. Onu da qeyd etmək yerinə düşər ki, demokratik brendlər öz növbəsində adı çəkilən markadan ilhamlanaraq rəngli və vintaj köynəklərin qiymət baxımdan hər kəs üçün əlçatan versiyalarını təqdim edib.
Satin parça
Parlaq xəzləri, məxmər və velvet parçaları baharda zərif satin əvəz edəcək. Əsas üstünlüyü midi və maksi donlara, eləcə də balerina ayaqqabılarını xatırladan satin baletkalara və aksessuarlara verin. Satin xüsusilə pastel, həmçinin Pantone institutunun 2018-ci ilin əsas rəngi adlandırdığı bənövşəyi tonlarında daha effektli təsir bağışlayır.
Bəzəkli corab
Kimin ağlına gələrdi ki, bu tendensiya dəbdən düşməyəcək, amma 2018-ci ildə bir qədər asan olacaq. Əlbəttə, adi corablar bu bəndə uyğun gəlmir, aksessuarlarla, naxışlarla, inci və ya lələklərlə bəzədilmiş corablar tamamilə uyğundur.
Qeyri-adi qol kəsimləri
Qeyri-adi dabanlar, qeyri-adi üzük, qeyri-adi eynək, qeyri-adi fasonlar indi dəbdədir. Qol kəsimləri onlardan niyə geridə qalmalıdır? Odur ki, həcmli, volanlı və qırçınlı qolları olan köynəklərə diqqət yetirin.
Futuristik eynəklər
“Matriça” filminin bütün hissələrimə yenidən baxmaq, daha sonra isə mağazalardan günəşdən qoruyucu ideal eynəyi seçmək üçün əla vaxtdır. Dar, uzadılmış, azacıq sivri eynəklər 2018-ci ildə sizə iri formalı modellərini unutduracaq.
Ekletika
Qeyri-adi paltarlar və üst geyimlərinə baxanda, sökülüb yenidən tikilmiş və bəzi əlavə parçalar əlavə edilmiş kimi görünür. Fərqli rənglərlə qeyri-adi kəsimlərin birləşməsi seçilmək arzusunda olanların ürəyinə yol tapacaq.