1. Zivə
Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar ”zivə” deyirlər. ”Zivədən paltarları yığ!” cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz.
2. Mömə
Adətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir.
3. Masqura
Balaca kasa. Adətən şorbanın içilməsi üçün masquradan istifadə edilir.
4. Peyğəmbəri
Qarğıdalı yeməyi sevirsinizsə, bu sözü də yadınızda saxlamağı sizə tövsiyə edirik. Bakılılar qarğıdalıya peyğəmbəri deyir.
5. Abgərdən
Sulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.
6. Külafrəngi
Adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq.
7. Əziz-girami
Çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur.