masin

Bakı küçələrindən yox olmağa başlayan 10 avtomobil

Baxış sayı: 1. 724

1. Volqa

Volqa

Bu Volqalardan şəhərdə hələ də tək-tük görmək olur. Bir dövrün ən ikonik maşını olan Volqanı indi ya çox baxımsız şəkildə, ya da xüsusi həvəskarları tərəfindən par-par parıldadılmış halda şəhərin küçələrində çox az görmək olur.

2. Zaporojets

Zaporojets

Sovet illərinin ikonik avtomobillərindən daha biri. Ukraynanın Zaporojye adlı şəhərindən çıxan maşının şöhrəti şəhəri belə kölgədə qoya bilib. Yəqin ki, aranızda çox az adam bu maşına minmək şərəfinə nail olub.

3. Lada 2013

Lada 2013

Sovet ölkələrində yaşayanların “Jiquli” olaraq tanıdığı Lada 2103 1972-1984 illər arasında istehsal olunurdu. Hələ də rayonlarda və Bakı kəndlərində az da olsa qarşımıza çıxa bilir.

4. Tofaş

Tofaş

Jiquli bizim üçün nədirsə, Tofaş da türklər üçün eyni maşındır. Ancaq Azərbaycana 90-cı illərdən etibarən gəlməyə başlayan Tofaş artıq əvvəlki qədər diqqət görmür.

5. Mercedes W-140

Mercedes W-140

90-cı illərdə istehsalına başlanılan, bir digər adı ilə “Şessot” uzun müddət ölkənin ən “hörmətli” maşını olub. “Müdir” maşını olaraq da tanınan Mercedes modeli Bakı küçələrində əvvəlki kimi çox görünmür və hətta nostaljik olaraq görülməyə başlayıb.

6. Renault 12

Renault 12

90-cı illərdə Bakıda çox sayda taksi bu model idi. İndi xidmətlərin dəyişməsi ilə taksilər də daha üst model maşınlarla əvəzlənməyə başlanılıb.

7. Moskviç

Moskviç

Sovet maşınlarından növbətisi. Onlarla Moskviç modelləri arasından birini seçməyə məcbur olduq. Moskviçlər də getdikçə “muzey” avtomobili olmağa hazırlaşır.

8. ZiL 130

ZiL 130

Hələ də sayı çox olsa da artıq istehsal olunmadığını, getdikcə də yerini yeni maşınlara verdiyini demək olar. Səsi, tüstüsü, “tökülmüş” halı ilə hələ uzun illər ağlımızda qalacaq.

9. Minsk

Minsk

Sovet dövrünün ən məşhur motosikllərindən biri olan Minski səsindən tanımaq olurdu.

10. Volqa (2410)

Volqa (2410)

Mercedesin oldschool “müdir” versiyası olaraq da tanınır.  Hal-hazırda tək-tük sayda da olsa taksi kimi işlədilən bu maşınlarda bir vaxtlar ən yüksək çinli məmurlar, müdirlər gəzirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir