Son bir neçə ildә paytaxta bir neçә brend daxil oldu ki, bu brendlәr Bakının simasını müәyyәn qәdәr dәyişdi (vә ya dәyişәcәk) vә Bakını Nyu-Yorka bənzətməyə başladı. Bu yazıda onlar haqda danışmaq istəyirəm.
Bu mövzuda ilk brend Uber‘dir. 2015’ci ilin may ayında taksi/şәxsi sürücü xidmәti üzrә dünyanın әn böyük startup’ı olan Uber Bakıda da fәaliyyәtә başladı. Lüks avtomobillәri vә intellektual sürücülәri ilә fәrq yaradan şirkәt bir müddәt öncә qiymәtlәri 30% endirdi ki, bununla da növbәti ildә rәqiblәri üçün, xüsusәn bazarın hegemonu 189 Taksi üçün әmәlli “baş ağrısına” çevrilә bilәr. Әvәllәr biz bu tip xidmәti (qara rәngli, lüks avtomobil, xüsusi geyimli vә görünüşlü sürücülәr) Hollivud filmlәrindә, Nyu-York küçәlәrindә görürdüksә, artıq Bakıda bunu nәinki görә, hәtta bu xidmәtdәn istifadә edә bilirik.
Kofe içәcәk vә eyni zamanda rahat vaxt keçirәcәk mәkan deyәndә ilk ağla gәlәn, dünyanın, demәk olar hәr nöqtәsindә mövcud olan Starbucks şәbәkәsi sentyabr ayında Bakıda ilk mağazasını açdı. Starbucks’ın hәsrәtini çәkәn, yolunu gözlәyәn insanlar Bakıda çox idi, hәtta bir neçә il öncәdәn “Starbucks Bakıda açılacaq” tipli şayiәlәr yayılır, anma doğru çıxmırdı. Konsepsiyası dünyanın hәr yerindә eyni olduğundan Starbucks müәyyәn qәdәr dә olsa, insanlara özlәrini Avropanın vә ya Amerikanın hansısa bir şәhәrindә olmaq hissiyyatı yarada bilir.
Hollivud filmlәrindә gördüyümüz, amma Bakıda görә bilmәdiyimiz növbәti bir şey üzәrindә “mini-bilbordlar” olan taksilәr idi ki, bir neçә gün öncә hәmin taksilәr dә paytaxtımızda görünmәyә başladı. A Media‘nın “Paris Taksi” ilә birgә tәtbiq etdiyi bu yenilik 2016’cı ildә şirkәtlәr üçün maraqlı reklam kanalına çevrilә bilәr. “Hәrәkәt edәn bilbord” da deyә bilәcәyimiz bu texnologiya hәm dә müәyyәn qәdәr ölçülәbilәndir ki, bu da reklamverәnin reklam kampaniyasını analiz etmәsinә imkan verir. Yeni olduğundan şәhәr sakinlәrinin diqqәtini çox çәkәn bu texnologiya ilk müştәrilәr üçün xeyli effektiv olacaq çox güman.
Әlbәttә ki, arzumuz Bakını yaxın gәlәcәkdә Nyu-Yorkla tәkcә taksilәri vә kofe mağazaları ilә müqayisә etmәk yox, tәhsil, biznes, maliyyә sahәlәrilә, film sәnayesilә müqayisә etmәkdir.