bal

Balın müalicəvi əhəmiyyəti

Baxış sayı: 2. 182
Həkimlər sübut ediblər ki, distillə edilmiş su ilə düzəldilmiş bal şərbəti böyrək və sidik kisəsi daşı xəstəliklərindən əziyyət çəkən  insanlar üçün olduqca faydalıdır. Üzdə olan sızanaqları da bal sürtməklə yox etmək olar.
Bal şərbəti ilə qarqara etmək isə ağızda olan yaraları və boğaz ağrısının qarşısının alınmasına müsbət təsir göstərir. Bal qan dövranını yaxşılaşdırır, ürək döyünməsini tənzimləyir, mədə köpünün qarşısını alır.
Mədə ağrısı, mədə xorası, qəbzlik, bağırsaq sancıları  zamanı istifadə edilən bu nemət qaraciyər xəstələri üçün də faydalıdır. Şəkər xəstəliyindən əziyyət çəkənlərin  və yaşlı adamların şəkəri balla əvəz etməsi məsləhətdir. Öskürəkdən qurtulmaq üçün bişirilmiş  süd ilə bal qarışdırıb içmək də çox faydalıdır.
Yuxusuzluqdan əziyyət çəkənlərin də dərmanı baldır. Bunun üçün yatmazdan əvvəl 1 çay qaşığı bal yemək məsləhətdir. Bədənə istilik verən bal  həm də sidikqovucu  xassəyə malikdir. O, nəfəs borusu xəstəliklərinə  qarşı da faydalıdır. Bal gözün görmə gücünü artırır. Limonla və ya südlə içilən bal soyuqdəymə ilə mübarizədə effektiv təsir göstərir, boğaz ağrısını və öskürəyi aradan qaldırır. Qripə tutulmuş insanları rahatlaşdırır. Vərəmdən əziyyət çəkən  xəstələrə isə çiçək balını qızılgül ləçəkləri ilə qarışdırıb səhər  və axşam qəbul etmək lazımdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir