GEYIM

Balon ətəklər yenidən dəbdə – FOTOLAR

Baxış sayı: 560

Balon ətəklər bu ilin ən populyar tendensiyalarından biridir. Həm gündəlik geyim, həm də xüsusi günlər üçün bu ətəklər mükəmməl seçimdir. Dizaynerlər bunu artıq Nyu-York, Milan və digər şəhərlərdə keçirilən payız moda həftəsində nümayiş etdirib.

Tarixə nəzər salsaq, bu geyimlərin 50-ci illərdə dəbə gəldiyini görərik. Əvvəllər balon ətəklər kokteyl, ziyafət məclisləri üçün nəzərdə tutulurdu. Ancaq daha sonra xanımlar bu ətəklərə aşiq oldu və artıq küçələrdə bir çox qadınların əynində onu görmək mümkün idi.

Müasir dünyada belə paltarı həm xüsusi gülərdə, həm də günlük ofis daxilində geyinmək olar. Əsas odur ki, düzgün aksessuarları seçin.

 

Bəs, balon ətəkləri ilə nə geyinmək lazımdır?

Bu ətəkləri qarderobunuzda olan bir çox şeylə asanlıqla kombin edə bilərsiniz Bu ətəklə qadınlar həm sevimli, həm cazibədar, həm də sərt minimalist görünüş əldə edəcək.

 

Dəri gödəkcəsi və çəkmə

Klassik görünməyi sevən xanımlar üçün ən yaxşı alternativ ətəkləri gödəkcə və uzun çəkmələrlə birləşdirməsidir. Dəri gödəkcənin altına isə uzun bir köynək geyinə bilərsiniz.

 

“Hoodie” və idman ayaqqabısı

Bu kombin rahat və praktikdir. Ancaq bu seçimdə də ehtiyatla yanaşmaq lazımdır. Böyük ölçülü “sweatshirt” və balon ətək vizual olaraq sizi bir az dolu göstərə bilər. Buna görə çalışıb üslübunuzda az boş, düz kəsimli “hoodie” seçəsiniz.

Bir çox digər məşhur geyimlər kimi, balon ətək yalnız dəb baxımından deyil, həm də şəxsiyyətinizi ifadə etmək üçün əla bir seçimdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir