“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə oxucularımıza balqabaq qutabının hazırlanma qaydasını təqdim edəcəyik.
İnqrediyentlər
1 kq balqabaq
100 qr nar
400 qr buğda unu
4 ədəd baş soğan
120 qr Super sun yağı
zövqə görə duz, istiot
Hazırlanma mərhələsi
Balqabaq təmizlənir, xırda doğranılır. Dayaz qazanda üstünə su tökülür, qapağı bağlanılır və öz buğunda bişirilir.
Soğan xırda doğranılır və yağda qovrulur. Sonra qazanda bişən balqabaqlara qatılır, duz, istiot səpilir. Əzilir və nar da əlavə olunaraq qarışdırılır.
Un, su, duzdan bərk xəmir yoğrulur. Həmin xəmir 1 mm qalınlığında yayılır. Xəmirdən kasa ağzı boyda dairələr kəsilir.
Dairələrin içərisinə içlik qoyulur, aypara şəklində bükülür.
Sacda, sobada və ya tavada hər iki üzü qızardılır.
Süfrəyə verilən zaman qutabın üzərinə ərinmiş Super Sun yağı çəkilir.