tort

Banan və kəsmikdən hazırlanan desert – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 517

Kəsmik və banandan asan və çox dadlı desert hazırlamaq mümkündür. Həmçinin, bu desert qismən dietik də sayılır. Beləliklə, “Gencaile.az” saytının  instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən təqdim etdiyi “Şirin süfrə” rubrikasında banan və kəsmikdən hazırlanan deserti təqdim edirik:

 

Lazım olan ərzaqlar:

Bir paket kəsmik;

İki yetişmiş banan;

Kiçik bir qaşıq bal;

Bir neçə qaşıq xama;

Bir çimdik vanilin;

Bir neçə peçenyevə qoz-fındıq.

sirniyyat

Hazırlanma qaydası:

Əvvəlcə bananların qabığını soyub parçalara ayırmaq lazımdır. Bananları bir qarışdırıcıya qoyun və hamarlanana qədər püre halına salın. Sonra kəsmiki xama və vanili əlavə edərək qarışdırın.

Bütün inqrediyentləri əlavə etdikdən sonra blenderlə onu püre halına salın. Bal əlavə edib qarışdırın.

Süfrəyə verməzdən əvvəl üzərinə doğranmış qoz-fındıq əlavə edin.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir