yemeye ne var

“Barmaq kababı” belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 520

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza  “Barmaq kababı”nın hazırlanma qaydasını təqdim edirik.

 

Tərkibi:

700 q mal və ya quzu əti

200 q kərə yağı

2 baş soğan

2 x.q. tomat pastası

3 badımcan

6 acı istiot

su

0,5 dəstə cəfəri

3 pomidor

duz

istiot

kəklikotu

bitki yağı

barmaq kababi

Hazırlanma qaydası

Əti quşbaşından bir az iri doğrayıb yuyun. 2 st. su ilə bişirib bir kənara qoyun.

Kərə yağında xırda doğranmış soğanı qovurun. Tomat pastası və əti əlavə edin. 2-3 dəqiqə qovurduqdan sonra 2 st. su əlavə edin, duz vurub 20-25 dəqiqə orta itilikli ocaqda bişirin.

Badımcan və istiotları 5 sm uzunluqda doğrayın. Badımcanları duzlu suda saxlayıb acısını çıxarın. Süzüb quruladıqdan sonra bitki yağında qovurun.

Sonra həmin yağda istiotları da qovurun.

Əti xırda küpələrə paylaşdırın. Üzərinə kəklikotu və qara istiot səpin. Qızarmış badımcan və istiotları əlavə edib cəfəri səpin. Ən üstdə halqa doğranmış pomidorları yerləşdirin.

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir