Aclıq, stress və qəhvə başağrısına səbəb ola bilər.
Bunu otonevropatoloq Anna Latsinova deyib.
O, “ Moskva-24” telekanalına müsahibəsində həbsiz narahatlıqdan qurtulmağın yolunu açıqlayıb. Latsinova qeyd edib ki, başda ağrıları aradan qaldırmaq üçün onun səbəblərini müəyyən etmək lazımdır. Onlardan birincisi və əsası səhv rejimdir:
“Rejim haqqında danışanda söhbət təkcə nə vaxt yatıb-oyanmaqdan getmir. Amma həm də iş və istirahət rejiminə, qida qəbuluna riayət etmək lazımdır”.
Həkimin fikrincə, problemi daha da ağırlaşdıran qəhvənin həddindən artıq istehlakı ola bilər. “Baş ağrısı daim baş verərsə, qəhvədən imtina etmək və ya onun qəbulunu ciddi şəkildə məhdudlaşdırmaq daha yaxşı olar” – Latsinova vurğulayıb.
Həkim gündə dörd stəkandan çox qəhvə içməməyi tövsiyə edib:
“Ağrı məşq zamanı da güclənə bilər. Ona görə də əgər miqren başlayırsa, o zaman idman zalına getməməlisiniz”.