Rusiyalı angionevroloq, tibb elmləri doktoru Yevgeni Şirokov baş ağrısının qeyri-adi səbəblərindən danışıb.
Bu barədə o, “Rossiya-1” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, ağrılar həmişə hansısa xəstəliklə əlaqəli olmur. Baş ağrısı həyat tərzi dəyişikliklərinin təzahürü də ola bilər. “Mikrosirkulyasiyanın pozulması da baş ağrısına səbəb olur”, – deyə həkim bildirib.
O, oturaq həyat tərzini də baş ağrısı üçün risk faktoru hesab edir:
“Sinir uclarında qıcıqlanma meydana gələ bilər, bu da əzələ spazmına və venoz axının pozulmasına səbəb olur. Bu, baş ağrısının meydana gəlməsi üçün hər cür şərait yaradır”.
Baş ağrısının mümkün başqa səbəbi də havasız otaqdır. Bu zaman məkandakı oksigen çatışmazlığı, karbon dioksidin çox olması və yüksək temperatur damar spazmlarına və kəllədaxili təzyiqin artmasına səbəb olur.
Şirokov səhər yeməyini yeməyi məsləhət görür, çünki onun olmaması da baş ağrısı yarada bilər.
Digər profilaktik tədbirlərə gündə ən azı yarım saat gəzinti, isti və ya sərin duş qəbul etmək, saçları daramaq və baş masajı etmək daxildir. Gündəlik rejim yaratmaq və onu qorumaq da vacibdir.