Nanə tibbi məqsədlər üçün istifadə edilən ən qədim Avropa bitkilərindən biri olmaqla yanaşı, tarixi olaraq Çin və Yaponiya tibbində də çox istifadə edilir. Nanənin özündən əldə edilən yağ, bədənə fərəhləndirici bir hiss verir. Məhz buna görə əzələ ağrılarını azaltmaq üçün istifadə edilir. Eyni zamanda antimikrob faydası olan nanə yağı tərkibindəki mentol sayəsində ağızdan gələn pis qoxu və həzm problemlərinin azalmasına yardımçı olur.
Tibbi olaraq tövsiyə edilən nanə yağı əzələ spazmlarını minimuma endirdiyi üçün mədə bulantısının qarşısını almaq məsələsində də faydalıdır.
Tərkibində olan mentol sayəsində prostat xərçənginin yayılması və irəliləməsinin qarşısını alır. Radiasiyaya məruz qalma nəticəsində meydana gələn zərərlərin getməsini təmin edir.
Nanə yağının ən çox bilinən faydaları bunlardır:
– Mədə ağrılarını azaldır
– Nəfəsi yeniləyir
– Diqqəti yönəltməyə kömək edir
– Tənəffüs sistemini təmizləyir
– Enerji verir
– Əzələ ağrılarını gəvşədir.
“Gencaile.az” nanə yağının 18 istifadə qaydasını təqdim edir.
Əzələ ağrısını azaltmaq
Nanə yağı əzələ ağrılarını gəvşədən ən təsirli təbii ağrıkəsicilərdən biridir. Əsasən bel ağrılarının azalmasında, ağrılı əzələ və təzyiqdən qaynaqlanan baş ağrılarında çox faydalıdır. Nanə yağını ağrıkəsici kimi istifadə edərkən ağrıyan hissəni onunla masaj edin.
Sinusit
Nəfəs almadan dərhal əvvəl nanə yağını burnunuza yaxınlaşdırmaq və ya nanə yağının qoxusunu içinizə çəkmək tıxanmış vəziyyətdə olan sinusların və boğazınızın dərhal açılmasına yardım edəcək. Nanə yağı bəlğəmi gətirir və soyuqdəymə, bronxit, sinusit, astma kimi xəstəliklərdə sağalmağa yardım edir.
Oynaq müalicəsi
Oynaqlarınız ağrıdığında nanə yağını lavanda yağ ilə qarışdıraraq ağrıyan bölgənizə sürtün. Bu yolla nanə yağı əzələlərə soyuq təsir edərək soyumalarını təmin edir.
Şiddətli aclığı yatışdırır
Nanə yağının qoxusunu içinizə çəkmək aclıq hissini öldürür.
Təbii enerji verir
Təhlükəli enerji içkiləri yerinə nanə qoxusundan bir az içinizə çəkməyi heç sınadınızmı? Uzun səyahətlərdə sizi canlandıracaq ən təsirli yollardan biridir.
Həm də xroniki yorğunluq sindromu olan insanlarda nanə yağı diqqəti gücləndirir.
Şampunun təsirini gücləndirir
Gündəlik olaraq istifadə etdiyiniz şampununuzun içinə bir neçə damcı nanə yağı əlavə etməklə yarana biləcək keçəllik probleminin qarşısına keçir, səhərlər daha enerjili oyanmanıza yardım edir.
Allergiyanın qarşısını alır
Nanə yağı tənəffüs yollarını rahatladır, mövsümi allergik reaksiyaların getməsində faydalıdır. Qərənfil və okaliptus yağı ilə qarışdırılaraq istifadə edildiyində təsiri çox qüvvətli olur.
Qızdırma salır
Nanənin sərinlədici təsiri sayəsində özəlliklə uşaqlarda görülən yüksək qızdırmanı endirmək üçün ən gözəl təbii vasitələrdən biri nanə yağıdır. Aspirin və ya başqa dərmanlar içirtmək yerinə nanə yağını hindqozu yağı ilə qarışdırın. Qarışımı uşağın boynuna və ayaqlarının altına sürtün.
Təbii böcək qovucu
Nanə yağından nifrət edən sadəcə gənələr deyil. Qarışqalar, hörümçəklər, ağcaqanadlara qarşı nanə yağı istifadə edə bilərsiniz.
Dəri baxımı
Nanə yağı gündəlik dəri baxımı üçün möhtəşəm nəticələr verir. Dodaq nəmləndiricisi və bədən losyonun içinə bir neçə damcı nanə yağı damcıladın.
Sızanaq müalicəsi
Aparılan tibbi araşdırmalar göstərir ki, nanənin içində olan antimikrob özəlliklər sayəsində nanə yağı sızanaqların getməsində yardımçı vasitələrdən biridir.
Baş ağrılarını azaltma
Nanə yağı ilə alın bölgəsinə masaj etmək baş ağrıları və miqren ağrılarını azaldır.
Saç uzanması
Nanə yağı korlanmış saçları yeniləməkdə və nəmləndirməkdə yardım edir. Evinizdəki şampuna bir neçə damcı əlavə etmək işinizə yarayacaq.
Günəş yanıqlarını sağaldır
Nanə yağını günəş yanıqlarının üzərinə çəkmək yaranı susuzlaşdırır və ağrı azalır. Hindqozu yağı ilə qarışdırıb birbaşa yanıq bölgəsinə vurun. Dərini yeniləyəcək.
Menstruasiya ağrıları
Nanə çayı içə, ya da yeməklərinizdən əvvəl boşqaba 1-2 damcı nanə yağ damcılada bilərsiniz.
Nəfəs fərəhliyi
Diş çürüklərinin yaranmasının qarşısını alır, nəfəsi fərəhlədir. Bunun üçün dilinizin altına 1-2 damcı nanə yağı damcıladıb, 1 stəkan su ilə ardından ağzını yaxalayın.
Ürəkbulanmanı yox edir
Nanə çayının içinə bir neçə damcı limon damcıladaraq için. Bir neçə damcı nanə yağını qulaqlarınızın arxasına sürtün.
Diş çıxarma
Uşaqlar diş çıxararkən istifadə edilən ən təsirli ağrıkəsicidir. Nanə yağını hindqozu yağı ilə qarışdırıb diş ətinə sürtün.