tualet

Başqa yerdə tualetə getməmək hansı xəstəlikdir?

Baxış sayı: 1. 424

Bəzi fərdlərdə öz evlərindəki tualetdən başqa heç bir tualetə getməmək kimi vəsvəsə var. Bu, həm fiziki sağlamlığa, həm də sosial həyata mənfi təsir edir. “Narahatlıq pozğunluğu” kimi adlanan bu halın vəsvəsə, ya da fobiya səviyyəsinə çatması həyatı çətinləşdirir.

Tualet ehtiyacımızı ödəmək üçün hər birimiz gigiyenik təmizliyə riayət edilmiş, rahat ola biləcəyimiz yerləri seçirik. Ancaq hər zaman bu ehtiyacımızı öz şəxsi tualetimizdə ödəmək imkanımız olmur. Buna görə fiziki sağlalığı təhdid etmədən gigiyenik təmizliyə riayət edilən təmiz yerlərdə bu ehtiyac qarşılana bilər.

Bəzi fərdlər isə öz evlərindəki tualetdən başqa yerlərdə tualet ehtiyaclarını ödəyə bilmirlər. İş yerləri, qonaqlıqda, ya açıq yerlərdəki ictimai tualetlərdə mikroba yoluxmaqdan və ya xəstələnməkdən qorxarlar.

Narahatlıq insanın təhlükə olaraq qiymətləndirdiyi bir vəziyyətin qarşısında yaşadığı bir duyğudur. Narahatlığın məqsədi həyatı uyğun və balanslı yaşamaq, təhlükəli bilinən şeylərdən bədəni qorumaq, onlarla başa çıxmaq, onlara qarşı çıxmaqdır. Ancaq başqa insanların narahatlıq duymadan rahat şəkildə istifadə edəcəyi tualetlərdən istifadə etməmək sağlam və normal bir hal deyil.

 

Hansı tip insanlarda bu hallar yaşanır?

Bu cür insanlar bədən sağlamlığına qarşı çox həssas, vəsvəsəli şəxsiyyət xüsusiyyətlərinə sahib, narahat və qərarsız insanlardır. Hadisələr çox böyük reaksiya verir və xırda şeyləri böyüdürlər.

Bu cür problemi olan insanların anaları da eyni xüsusiyyətləri daşıyırlar. Yəni analar uşaqların bu cür böyüməsinə təsir edir. Uşaq vaxtı “ora oturma, ona toxunma, pisdi, mikrob yoluxar” kimi sözlər deyən anaların uşaqları narahat tip olurlar. Təhlükə, təhdid ünsürü daşımayan hallarda belə, qorxu yaşayırlar.

Bu cür hal yaşayan insanları pxsixoterapiya vasitəsilə düşüncə və davranışlarında dəyişikliklər etməklə müalicə etmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir