taksi

Bayram günü taksilərdə gedişhaqqı ikiqat artırıldı: bəs, qanun nə deyir?

Baxış sayı: 1. 191

Dekabrın 31-də və yeni ilin ilk günündə Bakıda fəaliyyət göstərən taksi xidmətləri qiymətləri 2 qat qaldırmışdılar. Vəziyyət o həddə çatmışdı ki, bu barədə sosial şəbəkələrdə xeyli şikayətlər yazılmışdı. Vətəndaşların şikayətləri əsasən elektron qaydada sifariş qəbul edən taksi şirkətlərindən idi. Bildirilirdi ki, qiymətlər baha olmaqla yanaşı, sifariş etdiyi taksilər də vaxtında gəlmirdi. Hətta faktı təsdiqləmək üçün bir neçə taksi şirkəti ilə əlaqə saxlamışdıq. Bildirilirdi ki, bayram günü yollarda tıxac olduğu üçün qiymətlərdə artım edilib və bu, günün pik saatlarında da eyni qayda üzrə tətbiq olunub.

Image result for hüquqşünas Əsabəli Mustafayev"

Məsələ ilə bağlı danışan hüquqşünas Əsabəli Mustafayev bildirir ki, qanunla taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və ya bu fəaliyyəti təşkil edən şirkətlərin hər hansı bir tarifi müəyyənləşməyib: “Ona görə də taksilər bayram günlərində taksilər qiymətləri artırırlar. Məlum olduğu kimi bayramda bütün dövlət şirkətləri, özəl müəssisələr işçilərə ikiqat maaş ödəyir. Görünür bundan taksi kimi xidmətlər də istifadə edərək, gediş haqlarını ikiqat qaldırırlar. Eyni zamanda bu, sürücülərin özləri tərəfindən də təşəbbüs kimi qaldırıla bilər. Çünki bayram günü onlar da işləyirlər və yəqin ki, aşağı qiymət olarsa, evdən çıxıb maşın sürməyə həvəsləri olmaz. Bir növ şirkətlər də onları stimullaşdırmaq üçün qiyməti qaldırırlar”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir