sirniyyat

Bayram şirniyyatlarını belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 050

Hər həftənin bazar ertəsi “Yeməyə nə var?” rubrikasında müxtəlif mətbəx nümunələr təqdim edən “Gencaile.az” saytı bu dəfə Novruz bayramının gəlişini nəzərə alaraq paxlava, şəkərbura və şorqoğalının hazırlanma qaydasını təqdim edir.

 

Bakı paxlavası

Lazım olan ərzaqlar:

Əla növ buğda unu 240 qram

Ərinmiş yağ 60 qram

Üzlü süd- 80 qram

Yumurta – 1 ədəd

Maya – 8 qram

Təmizlənmiş badam və ya qoz ləpəsi -200 qram

Şəkər tozu -200 qram

Zəfəran -0,4 qram,

Vanilin – 0,2 qram,

Bal -20 qram

Əvvəlcə xəmir yoğrulur. Daha sonra 0,5 mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-4 mm qalınlığında iç tökülür.

İçliyin üstünə ikinci xəmir qatı salınır. Yağ sürtülür və yenidən içlik tökülür. Bu qayda ilə 8-10 qata kimi davam etdirilir.

Sonra paxlava 10?4 sm ölçüdə romb şəklində kəsilir. Üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı sürtülür.

Hər paxlavanın ortasına yarım ləpə yaxud püstə qoyulur.

Paxlava 180-200 C –də 35-40 dəqiqə bişirilir.

Hazır olmağına 15 dəqiqə qalmış üstünə şərbət və ya bal tökülür.

Şəkərbura

Lazım olan ərzaqlar:

Xəmir üçün 600 qram un,

150 qram yağ,

100 qram xama,

1 yumurtanın sarısı,

1/3 stəkan süd,

1/5 çay qaşığı duz,

1/5 çay qaşığı maya,

1 xörək qaşığı şəkər tozu.

İçlik üçün:

300 qram fındıq

200 qram şəkər pudrası

150 qram şəkər tozu

hil zövqə görə.

Hazırlanması:

Əvvəlcə bərk xəmir yoğurulur. Balaca kündələr hazırlanır və yayılır. Daha sonra hazırlanmış içlik doldurulur, bükülür və naxış vurulur. Naxışlanmanı bitirdikdən sonra sobada bişirilir.

Şorqoğalı

Lazım olan ərzaqlar:

1 kilo un

100 qram yağ,

bir xörək qaşığı şəkər tozu

20 qram maya

bir stəkan süd

apardığı qədər su

Hazırlanması:

Əvvəlcə maya suda aktivləşdirilir.

Əridilmiş yağ, süd, duz əlavə olunmaqla xəmir yoğrulur.

Xəmir kündələnir, özünü tutması üçün 10 dəqiqə gözlədilir.

Daha sonra kündələr yayılaraq yuxalar hazırlanır, yağ çəkilir və qoğal içliyi əlavə olunur.

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir