Bayram təmizliyi edərək kalori yandırın

Baxış sayı: 1. 620

Bayram ərəfəsində hər bir xanım evi dərindən təmizləyir. Ancaq bu təmizliyi xeyrinizə çevirə bilərsiniz. Evinizin bütün künclərini təmizləməklə bədəninizin ən böyük düşməni olan yağlardan qurtulmağa nə deyirsiniz? “Gencaile.az” Aile.lent.az-a istinadən təmizlik işləri görməklə kalori yandırmağın yollarını təqdim edir.

Yağlarınızı enerjiyə dönüşdürməyi öyrənin

Bədənin ən böyük deposu yağdır. Yağlar və karbohidratlar əzələ fəaliyyəti üçün istifadə edilir. Ancaq karbohidrat yağa görə 4-5 % nisbətində daha əlverişli enerji qaynağıdır. Buna görə ağır idmanlardan 3-4 saat əvvəl karbohidrat, yağ və proteini nizamlamış, həzmi rahat qidalar yeyin. Yeməkdən ən azı 1 saat sonra yüngül gəzintiyə çıxın.

Yağları yandırmaq istəyirsinizsə, yeməkdən dərhal sonra idman etməyin.

Əgər təmizlik edəcəksinizsə, bu təmizliyi idman olaraq düşünə bilərsiniz. Ən çox kalorini hamamı təmizləyərkən xərcləyə bilərsiniz.

Hamam təmizləmək: 200 kalori

Şüşələri silmək: 150 kalori

Qab yumaq: 100 kalori

Yerləri süpürmək, ya da silmək: 90 kalori

Yemək hazırlamaq, süfrəni düzəltmək: 80 kalori

Ütüləmək, yataq düzəltmək: 70 kalori

Tozları silmək, yüksək rəfləri təmizləmək,  pərdə taxıb-çıxarmaq: 50 kalori




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir