Yeni ilin gəlişi ilə əlaqədar olaraq, bir çoxumuz uzun müddətlik bayram tətilindən sonra işə qayıtmaq məcburiyyətində qalırıq. Bayram atmosferindən sonra işə adaptasiya prosesi bir çoxları üçün çətin və yorucu ola bilər. Ən çox qarşılaşılan çətinliklər arasında işə qayıdışın stressli olması, günlük rutininə yenidən daxil olmaq və ümumilikdə iş yükünün artması kimi hallar yer alır.
Bu dövr, həmçinin yeni başlanğıclar, qərarlar və məqsədlər qoymaq üçün də bir fürsət kimi görülə bilər. Lakin bayram tətilindən sonrakı “keçid dövrü” insanın zehni və fiziki baxımdan bərpa olmasını tələb edir. Bu səbəbdən işə adaptasiya, yalnız fiziki olaraq deyil, həm də emosional və psixoloji səviyyədə də diqqət və yanaşma tələb edən bir prosesdir.
Bayram tətilindən sonra işə uyğunlaşma mövzusunda “Gencaile.az” saytına danışan psixologiya üzrə fəlsəfə doktoru, “Orvita” Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oktayqızı deyir ki, uzunmüddətli tətillərdən sonra insanların işə adaptasiyasında həm psixoloji, həm də sosial olaraq problemlər yarana bilir, çünki insanlar bayram günlərində yaranan konfort zonasından çıxaraq işə uyğunlaşmaqda çətinlik çəkir. Bunun əsas səbəbi odur ki, adətən günün çox hissəsini işdə olan və ailəsinə, yaxınlarına vaxt ayıra bilməyən adamlar bayram tətili günlərində bu mənəvi bağı onlarla qura bilir ki, bunun da gətirdiyi mənəvi zənginlik tətildən sonra işə adaptasiya problemini yaradır.
Mütəxəssis bildirir ki, bəzi insanlar işkolik olduğundan, daim işləməkdən zövq aldığından hətta tətildə də işləyir, amma bir qrup insan da var ki, sadəcə maddi ehtiyaclarını ödəmək üçün işləyir ki, belə adamların da tətilin uzunmüddətli olmasında maraqlı olmasını anlamaq olar, ancaq həmin adamlar da unutmamlıdırlar ki, öz maddi tələblərini, ailənin ehtiyaclarını, övladlarının təhsil və digər xərclərini ödəmək və bir sözlə, ailənin maddi konfortunu təmin etmək üçün işləmək vacibdir və işdəki məhsuldarlığı artırmaq üçün də işə ən qısa zamanda uyğunlaşmaq lazımdır. Hansı ki, belə düşünən insanlar da az deyil. Yəni bu tətiıi ona kifayət etdiyini, yaxşı dincəldiyini, ailəsi və yaxınlarıyla səmərəli zaman keçirdiyini anlayan adamlar işə daha yaxşı fokslana bilir ki, bu da onların işdə uğur qazanmasını şərtləndirir.
Hazırladı: İlahə Atəş
Bayram sonrası işə uyğunlaşmaq çox çətin ola bilər, amma əslində bu, həm də bir şansdır. Yeni başlanğıclar üçün gözəl bir fürsət yaranır. Mən də özümü bərpa etmək üçün bir neçə günə ehtiyac duyuram, amma sonra işə fokuslanmaq daha asan olur.
Bayramdan sonra işə qayıtmaq bəzən çətin olur, amma əslində bu, insanın psixoloji vəziyyətinə bağlıdır. Yazıda vurğulanan işə adaptasiya məsələsi çox doğru qeyd olunub. İnsanlar bayramda daha çox özlərinə vaxt ayırdıqda, işə qayıdanda bu balansı yenidən tapmaq çətin olur
Çox doğru! Bayramda işdən uzaq olmaq insanı həm fiziki, həm də psixoloji cəhətdən rahatladır, amma sonra geri qayıdanda sanki böyük bir yükün altına düşürsən. Amma bəlkə də bu, həyatın təbii bir dövrüdür və insanın işə fokuslanması üçün biraz vaxt lazımdır.
Yazını oxuyanda fikirləşdim ki, həqiqətən də bayramdan sonra işə uyğunlaşmaq asan olmur. Xüsusən də mənim kimi insanların tətildən sonra yenidən işin təzyiqinə düşməsi çox çətindir. Amma yeni başlanğıclar və məqsədlər müəyyənləşdirmək üçün bu, yaxşı bir fürsət ola bilər.
Bayram sonrası işə qayıtmaq mövzusunu çox yaxşı izah etmisiniz. Mən də çox vaxt bayramda işdən uzaqlaşıramsa, geri dönəndə əvvəlki temponu tutmaq çətin olur. Amma zamanla bu prosesi idarə etməyi öyrənirik və daha yaxşı uyğunlaşırıq
Məqalədə düzgün izah edildiyi kimi,adaptasiya dövrü bir çox insanlara çətinlik yarada bilər.Xüsusilə bayram günlərində yuxu rejiminin pozulması bu işi çətinləşdirir.Adaptasiya dövrün asanlaşdırmaq üçün təmiz havada gəzib fiziki aktivliyi artırmaq olar.