Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölürlər – bədən çəkisi (kq):boy (m2).
Məsələn, əgər sizin boyunuz – 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6×1,6) = 65 : 2,56 = təxminən 25,4.
Nəticəni aldıqdan sonra cədvələ baxın:
Bədən kütləsi indelsi, кг/м2 | Nəticə |
20-dən az | Çəkiniz normadan azdır |
20,0-24,9 | Norma |
25-29,9 | Artıq bədən çəkisi |
30-34,9 | Yüngül piylənmə (I dərəcə) |
35-39,9 | Orta piylənmə (II dərəcə) |
40 və artıq | Ağır piylənmə (III dərəcə) |