Bəzən yorğunluq bəzən isə ani şəkildə edilən hərəkətlər bir müddət sonra beldə şiddətli ağrılara, hətta fəqərəarası yırtığa səbəb ola bilir. Beləliklə, edilən səhv hərəkətlər və doğruları təqdim edirik.
Səhv vərdiş: Ayaqqabını belə yüklənərək geyinmək
Ayaqqabınızı dizlərinizi yığmadan geyinmək və yenə eyni şəkildə bağlamağa çalışmaq belinizdəki oynaq əzələlərinə ağırlıq yüklənməsinə, bunun nəticəsində də disk daxilindəki təzyiqin yüksəlməsinə səbəb olur. Əyilən zaman diziniz yerinə belinizi istifadə etmək də bir müddət sonra beldə yırtıq yaranmasına şərait yaradır.
Doğru olan: Bir ayağınızı yüksək bir pilləyə qoyun, sonra dizlərinizi önə doğru yığaraq əyilin. Bu hərəkət beldəki əzələlərinizə düşən yükü azaltmağa və belinizin zədələnməsinin qarşısını almağa kömək olacaqdır.
Səhv vərdiş: Yatağa xətalı şəkildə uzanmaq
Yatağa davamlı olaraq xətalı şəkildə uzanmaq beldəki oynaq qığırdaqlarında yüklənmə yaradaraq zəifləmələrinə səbəb olur. Zəifləyən oynaq qığırdaqları da çox asan deformasiyaya məruz qalır. Bu vəziyyətin tez-tez təkrarlanması nəticəsində beldə yırtıq yaranır.
Doğru olan: Belinizin sağlamlığı üçün əvvəlcə yatağa oturun, sonra ovuclarınızı, dirsək, çiyin və boynunuzu yatağa yerləşdirin, sonda isə ayaqlarınızı yatağa qaldırın. Yataqdan qalxan zaman da eyni şəkildə, yan tərəfə çevrilib, əvvəlcə ayaqlarınızı aşağıya endirərək oturun və sonra qalxın.
Səhv vərdiş: Birdən birə əyilmək
Yerə düşən bir əşyanı sürətli şəkildə götürmək, ya da idmanla məşğul olduğunuz zaman ön tərəfə əyilmək nə qədər asan görünsə də, birdən-birə və xətalı edilən hərəkətlər belə zərər verir. Ani və belinizi əyərək hərəkət etmək əzələləri zədələyir və beliniz də sizə ağrı ilə siqnal göndərir. Bu hərəkəti davamlı şəkildə təkrarladığınız zaman belinizdə travma yaranır , bunun nəticəsində ağrı xroniki hal almaqla yanaşı, beldə yırtıq da inkişaf edir.
Doğru olan: Yerə düşən bir əşyanı belinizə yüklənərək deyil, dizlərinizi yığıb, əyilərək almağa çalışın.
Səhv vərdiş: Hər zaman dikdaban ayaqqabılar geyinmək
Biz qadınların imtina edə bilmədiyi bu ayaqqabılar təəssüf ki, omba və belimizdə ciddi problemlər yarada bilir.
Doğru olan: Çox yüksək olan ayaqqabıları davamlı olaraq geyinməməyə çalışın. Daha kiçik dabanlı, məsələn 3sm yüksəkliyi olan ayaqqabılar belinizin sağlamlığı üçün daha doğru seçim ola bilər.
Səhv vərdiş: Arxaya söykənmədən televizor izləmək
Əyri və ya arxaya söykənmədən oturduğunuz zaman əzələlər sizi ayaq üstə saxlamaq üçün sıxılırlar. Bu sıxılmalar damarları daraldır və qan dövranını ləngidir. Bu şəkildə enerji sərf etdiyiniz zaman beliniz ağrımağa başlayaraq sizə yorulduğuna dair siqnal göndərir. Davamlı olaraq xətalı şəkildə oturmaq zaman keçdikcə ağrıların şiddətinin artmasına və yırtığa səbəb ola bilər.
Doğru olan: Kürəyinizi arxaya doğru dik şəkildə söykədiyiniz zaman bel boşluğunuzu doldura biləcəyiniz yerdə otrumağa çalışın.
Səhv vərdiş: Əşyaları xətalı şəkildə qaldırmaq
Ağırlıq gövdəyə nə qədər uzaq qaldırılarsa, bir o qədər çox təsir edir. Məsələn, 3kq ağırlığında bir əşyanı bədəninizə yapışıq olaraq qaldırdığınız zaman o ağırlığı 3kq hiss edəcəksiniz, amma əlinizlə 1m kənardan qaldırdığınız zaman isə eyni əşya 9kq kimi hiss edilir.
Doğru olan: Çox ağır əşyalar qaldırmayın. Qaldıracağınız zaman da gövdənizə ən yaxın şəkildə tutaraq qaldırmağa çalışın.