6f953626-c50c-4236-9c5e-6fb372853a84

Belimiz niyə ağrıyır? – FİZİOTERAPEVTLƏ MÜSAHİBƏ

Baxış sayı: 10. 929

“Gencaile.az” saytının “Həkimim” rubrikasının budəfəki qonağı fizioterapevt Şükufə İbrahimovadır. Onunla bel yırtıqları barədə söhbətləşmişik.

 

– Pasiyentləriniz ən çox nələrdən şikayətlənirlər?

– Son zamanlar hərəkət dayaq sistemi çox narahat edir. Deməliyəm ki, xəstəliklər daha çox onurğa ilə bağlıdır. Bu rəqəm təxminən 90 faizə yaxınlaşıb.

 

– Son zamanlar üç adamdan ikisi bel ağrısından şikayət edir. Bu, nə ilə bağlıdır? Niyə məhz son illlərdə belə narahatlığı olanların sayı artıb?

– Doğrudur. Öncə qeyd etdiyim kimi əksər xəstəliklər onurğa ilə baglıdır. Onurğa 5 hissədən ibarətdir: boyun, döş, bel, sacrum, qığırdaq. Və fəqərə problemi ilə yarandıqda paralel olaraq ağrı, dəri reaksiyasını və allergiya kimi simptomları üzə çıxarır. Hər bir orqana cavabdeh onurğa siniri vardır. Və əgər bir orqan ağrıyırsa, ola bilsin ki, onun səbəbi hər hansısa bir fəqərənin seqmentindədir. Səbəblər isə müxtəlif ola bilər, stress faktorları, mərkəzi sinir sisteminin informasiya ile yüklənməsi, hipodinamik həyat tərzi və s.13239911_1820050738218776_1184181402381775726_n

– Bel yırtığı ilə fəqərə sürüşməsini necə fərqləndirə bilərik?

– Əlbəttə, artıq fizikal baxış keçirəndə əl altında bir dərinlik hiss olunur. Bunu tam olaraq dəqiqləşdirmək üçün rentgen müayinəyə göndəririk, fəqərə sürüşməsi zamanı beldə lordoz,  yəni onurğa qabarması, bir az kifoz yaranır. Buna spondilolistez deyilir.

 

– Bel yırtıqlarının müalicəsi var, yoxsa yeganə yol əməliyyatdır?

– Bəli, bu suala uzatmadan konkret cavab vermək istəyirəm: Var!

 

– Masaj bel yırtıqları zamanı təhlükəlidirmi?

– Müalicənin öz taktikası var və əsla təhlükəli deyil.

 

– Bəzi “ara həkimləri” yırtığı əllə müalicə etdiyini deyir. Mümkündürmü, sizcə?

– Bilirsinizmi, onurga beyni olduqca həssas, qəliz və mürəkkəb bir sistemdir, tibbi təhsil olmadan ona toxunmaq ciddi bir təhlükədir. Bu məsuliyyəti hiss etmək lazımdır. Əks halda, arzuolunmaz nəticələrlə qarşılaşmaqdan heç kim sığortalanmayıb.

 

– Kişilər və qadınlar üçün fizioterapevtik olaraq hansı spesifik ağrılar var?

– Elə bir fərq yoxdur. Bu cür ağrılara bərabər məruz qalırlar. Klinikanin gedişatı da eyni olur.

 

Söhbətləşdi: MƏTİN

14034993_1860031894220660_6321000099344891178_n

 

10259991_1758068807750303_546498129036350633_n

 




3 şərh “Belimiz niyə ağrıyır? – FİZİOTERAPEVTLƏ MÜSAHİBƏ

  1. Nizaməddin Qədirov

    45 yaşdan sonra mənim belim aörıyır.hazırda 64 yaşım var.o vaxtdan həm də potensiya zəifdir.Avtobusda hec ayaq üstə dura bilmirəm.belimin cancısından ölürəm.əyər avtobusda oturmağa yer yoxdursa həmin avtobusdan düşüb gözləyirəm ki boş avtobus gəlsin.aşağı ətraflarım da həmin yaşdan sonra ağrıyır.gərək evə gəlib 1-2 saat uzanam ki ağrı dayansın.müalicə mümkündürmü?xərci coxdurmu?Cünki mən müəlliməm.

    Cavabla
    1. Nizaməddin

      potensiya zəifdir 45 yaşımdan beləyəm.müalicə edə bilərsiz?cavab yazın tel.070 3682460 və 050 4235560

      Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir