Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında fərman imzalayıb.
“Gencaile.az” AzərTAc-a istinadən xəbər verir ki, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 791-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 (otuz) manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir”.