yuxu

Beyin və yuxu arasında mexanizm necə işləyir?

Baxış sayı: 445

Alimlər beyin və yuxu arasında mexanizmin necə işlədiyini açıqlayıblar. Siçanlar üzərində aparılan tədqiqatlar post-travmatik stress pozuntusu kimi xəstəliklər üçün yeni müalicə üsullarına qapı aça bilər.

Yuxularla beyin arasındakı əlaqə illərdir araşdırılsa da, tam aydınlaşdırılmayıb. Bəli, yuxu görürük, gördüyümüz yuxulardan təsirlənirik və yuxu görərkən beynimiz duyğularımızı tətikləyir. Bəs bunun arxasında hansı mexanizm dayanır?

İsveçrədə fəaliyyət göstərən Bern Universitetinin bir qrup tədqiqatçısı bu müəmmalı prosesin arxasında nələrin dayandığını müəyəyn edə bilib. Araşdırmalar görə, insanlar REM yuxusunda yuxu görürlər. Mütəxəssislər öz araşdırmalarında beyin və yuxu arasında bir əlaqə olduğunu və müsbət emosiyaların yuxu zamanı gücləndiyini müəyyən ediblər. Yuxu zamanı mənfi emosiyaların aradan qalxdığı müəyyən edilib. Maraqlıdır ki, beynin emosiyaları idarə edən hissəsi yuxu zamanı aktiv olmayıb.

Siçanlar üzərində aparılan yeni araşdırmalar bu mürəkkəb vəziyyətə işıq salıb. Mütəxəssislər siçanlar üzərində əldə edilən tapıntıların insanlara da aid olacağını bildirirlər. Alimlər siçanlara təhlükəsizlik və ya təhlükə ilə bağlı səsləri öyrədiblər. Bu proses zamanı siçanların beyinləri izlənilib. Bu araşdırmalarla birinci mərhələni tamamlayan mütəxəssislər daha sonra ikinci mərhələyə keçiblər. Bu mərhələ yuxu və oyaqlıq zamanı öyrədilmiş səslərin beyində necə işləndiyi ilə bağlı olub.

Tədqiqatın ikinci mərhələsində maraqlı detallar aşkarlanıb. Araşdırmanın davamını anlamaq üçün ilk növbədə sinir hüceyrələrini, yəni neyronları tanımalıyıq. Ən sadə formada izah edək. Bir sinir hüceyrəsi, kobud mənada, 3 hissədən ibarətdir. Bu bölmələr, cavab alan dendrit, gələn cavabı göndərən akson və onun digər neyronlarla qarşılıqlı əlaqəsini təmin edən somadır (hüceyrə bədəni). Bu hüceyrələrdəki iş qaydası yuxu zamanı baş verənləri qismən başa düşməyi təmin edir.

Alimlər siçanların beyinlərini tədqiq edərək müəyyən ediblər ki, REM yuxusu zamanı soma tam yuxuda, dendritlər isə tam oyaqdır. Bu da o deməkdir ki, siçanlar təhlükəsizlik və ya təhlükə ilə bağlı gələn səsləri anlaya bilsələr də, təhlükəyə həddindən artıq reaksiya verə bilməyiblər. Çünki sinir hüceyrələri “yarı işlək” vəziyyətdə olub. Mütəxəssislər narahatlığa səbəb olan bu sistemin müntəzəm işləmədiyini düşünür.

Araşdırma ilə travma sonrası stress pozuntuus kimi yeni bir qapı açılıb. Mütəxəssislər hesab edirlər ki, siçanların nəticələri stress, narahatlıq, depressiya və ya panik atak keçirən insanlara kömək edə bilər. Ancaq indi haqqında danışdığımız xəstəliklərdən xilas olmaq üçün yeni müalicə üsullarının olduğunu söyləmək mümkün deyil. Tədqiqatlar davam etməli və tədqiqatlar insanlara yönəldilməlidir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir