pervin bagirova

Beynin həbsxanası: OKP-nin psixoloji portreti

Baxış sayı: 706

Obsessiv -kompulsiv pozuntu hәmçinin dә sarışan hallar nevrozu da adlandırılan bu xәstәlik xәstәnin tez -tez rastlaşdığı, istәmәdәn gәlәn tәkrarlanan, narahat edәn düşüncәdir.

 

OKP simptomlarına aiddir.

Obsessiyalara daxildir.

🔹fikirlәr

🔹tәsәvvürlәr

🔹impulslar (ağızdan kobud söz qaçırmaq)

🔹şübhәlәr (qazı söndürmәyi unutdum)

 

Kompulsiyalara daxildir.

🔸Fiziki

әl yumaq

özünü yoxlamaq

rituallar

simmetriya

obsessiv lәngimә

🔶Psixi

fikrindә hesablamaq

fikrindә dua vә ya qarğış etmәk.

fikrindә tәkrarlamaq.

kilidlәr, sobalar, ütülәr, elektrik kimi bağlanması lazım olan әşyaların daim yoxlanılması.

okp

Obsessiv -kompulsiv pozuntu kimlәrdә olur?

sosial vәziyyәtindәn, tәhsil sәviyyәsindәn asılı olmayaraq,hәr kәsdә bu xәstәlik müşahidә oluna bilәr. Azәrbaycanda belә xәstәlәrә kifayәt qәdәr rast gәlinir. OKP -nin başlanması üçün orta yaş dövrü 19-30 yaşdır. Tәxminәn, 25%pasiyentlәrdә xәstәlik 14 yaşından sonra başlayır. OKP xәstәlәri yanlış olaraq hesab edirlәr ki,hәr hansı hәrәkәt haqqında düşünmәklә o,hәrәkәti hәyata keçirmәk eynidir. Bu xәstәlәr әmindirlәr ki,zәrәrin qarşısının alınmaması mәnәvi nöqtәyi-nәzәrdәn elә zәrәr yetirmәyә bәrabәrdir. OKP xәstәlәri öz fikirlәrinә sәrt nәzarәt edilmәsinin vacib olduğuna әmindirlәr.

 

🟢Pasientlәrin bәzilәri öz fikirlәrini belә ifadә edir.

“Eyni paltarı geyinmirәm dәfәlәrnәn düşünürәm ki, insanlar mәnә toxunur vә mәnә mijrob bulaşır. Saatlarca paltarını yuyur, mümkün olduğu qәdәr tәk qalmağa çalışır, yaxud da kiminsә ona yaxın mәsafәdә durmasına icazә vermir. Әllәrini sabunla dәfәlәrlә yuyurlar. Bunun doğru olmadığını bilirәm ancaq beynimdәn dә çıxarda bilmirәm. Bu problem ailә üzvlәrimi çox yorur ”

 

“Belә şәxslәrin bütün vaxtları işdә,evdә, nәyinsә yolunda getmәyәcәyinini yoxlamağa sәrf etmәklә keçir. İşә getmәzdәn әvvәl 30 dәqiqә әrzindә bir neçә dәfә kilidi açıb -bağlayırlar. Otağa daxil olmazdan әvvәl 4 dәfә qapını vururlar. Hәtta nәsә yolunda getmәyәndә bütün yoxlamaları tәkrar etmәk mәcburiyyәtindә qalırlar. Vә belә fikirlәr әtrafdakılara gülmәli gәlә bilәr lakin okp-fәn әziyyәt çәkәn xәstәlәr bunları etmәzlәrsә, narahat olurlar buna görә nәsә hadisә baş verә özlәrini günahlandırırlar ”

 

🔺Ritulların qarşısının alınması üzrә pasientin tәlimatlandırılması.

1) Əllәri sadәcә müәyyәn edilmiş vaxtda mәhdud sayda yumaq.

2) Yalnız 3 gündә bir dәfә 10 dәqiqә әrzindә duş qәbul etmәk.

3) Spirtli salfet vә dezodrantların istifadәsini qadağan etmәk.

4) Pasientin ailәsi qaydalara әmәl etmәsinә nәzarәt edir  vә s.

 

OKP (obsesiv-kompulsiv pozuntu)  öz- özünә yaxşılaşa bilmәz bu proses daha da dәrinlәşib xronikilәşә bilәr. Ona görә dә dәstәk almaq çox vacibdir. Düzgün terapiya göstәrildikdә insan bu xәstәlikdәn tam olaraq qurtulur. Unutmayaq ki,vaxtında  müdaxilә xәstәliklәrin yayılmasını minimum sәviyyәyә salır. Özümüzә vә әtrafımıza diqqәtlә yanaşaq.

 

Klinik psixoloq Pərvin Bağırova




6 şərh “Beynin həbsxanası: OKP-nin psixoloji portreti

  1. Şəlalə Mürsəlzadə

    Bu yazı mənim üçün çox əhəmiyyətli oldu, çünki son zamanlar həyat yoldaşımda OKP əlamətləri gördüm. O, evdəki əşyaları bir neçə dəfə yoxlayır, heç bir şübhə etmədiyi halda hər şeyi təkrar-təkrar yoxlayır. Mən də başa düşmürəm, bu vəziyyəti necə idarə etməliyik. Bəzi psixoterapistlərə müraciət etdik, amma hələ də aydın nəticələr əldə etmədik. Bu mövzuda daha çox məlumat verə bilərsinizmi? Ən yaxşı müalicə metodları nədir və valideynlər bu tip vəziyyətlərdə nə etməlidir?

    Cavabla
  2. Pəri

    Müəllifə təşəkkür edirəm, amma bir sualım var: Bəzən OKP ilə bağlı psixoloji müdaxilələrin çox uzun çəkdiyini eşidirik. Bu qədər uzun müddətli terapiya ilə bağlı nələri gözləməliyik? İnsanın həyatına necə təsir edir? Çünki bu tip pozuntuların gündəlik həyatımıza təsiri böyük ola bilir. Sizin təklif etdiyiniz müalicə metodları nə qədər effektivdir?

    Cavabla
  3. Lamiyə İsmayılova

    bir valideyn olaraq mən də fikirləşirəm ki, bu cür pozuntuları necə düzgün izah etməliyik? Əgər uşaqlarımızda da belə hallar varsa, onlara bu vəziyyəti izah etməyin ən düzgün yolu nədir? Yazını oxuduqca, bəzi düşüncələrə gəldim – bu pozuntu sadəcə psixoloji deyil, fiziki simptomları da var. Bu barədə də əlavə məlumat versəniz çox yaxşı olar.

    Cavabla
  4. Gülnarə Qasımova

    Əslində, çox maraqlı bir mövzudur. Mən də öz həyatımda bəzən bu kimi davranışları hiss edirəm. Amma oxuyanda düşündüm ki, bu tip narahatlıq bir insanın ailə üzvlərini necə təsir edir? Çünki bəzən bu cür simptomlar birbaşa ailə üzvləri ilə münasibətlərə zərər verir. Bu barədə ətraflı yazmağınız çox faydalı olar. Üstəlik, valideynlər olaraq necə daha çox dəstək verə bilərik? Bir neçə dəfə bu barədə danışmaq istəmişəm, amma çox çətin olur

    Cavabla
  5. Cəmalə Mirzəliyeva

    Çox faydalı məlumatları oxudum, təşəkkür edirəm. Lakin bir valideyn olaraq bu yazını oxuyarkən düşünürdüm, məsələn, uşaqlar üçün bu vəziyyət necə idarə oluna bilər? Çünki bəzən övladlarımda da bu kimi əlamətlər müşahidə edirəm, amma həkimə getməkdən qorxurlar. Məncə, yazını uşaqlar üçün daha uyğun hala gətirə bilərsiniz. Nə etmək lazımdır ki, valideynlər bu simptomları daha erkən aşkar edə bilsinlər?

    Cavabla
  6. Ramilə Zeunalova Əhmədova

    bu narahatlıqları hiss edən şəxslər terapiya almadan öz başlarına bir az rahatlaşa bilərmi? Mənim qızımın bir neçə belə əlamətləri var, amma onu müalicəyə yönləndirməkdə çətinlik çəkirəm. Belə hallarda nə etməliyik? Əlavə olaraq, bu mövzuya daha dərindən toxunmaq faydalı olardı – məsələn, OKP ilə bağlı bəzi məşhur yanlış anlamalar və onları necə həll edə bilərik?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir