Bu dəfə tam fərqli testlə qarşınızdayıq. Əminik ki, özünüz nəticələri hesablamaqla cavablarda öz xüsusiyyətinizi müəyyən edə biləcəksiniz.
1) Həmsöhbətinizə acı cavab verməkdən çəkinirsiniz ki,onun xətrinə dəyə bilərsiniz? ( hə-0, yox-1)
2) Işə gecikəndə otağa səssiz girirsiniz ki, sizi heç kim görməsin? ( hə-1, yox-0)
3) Qorxub, risk etmədiyiniz işi dostunuzun etməsini xahiş edirsiniz? ( hə-1,yox-0)
4) Oyunda məğlub olmağı bacarırsınız? ( hə-0, yox-1)
5) Zarafat etməyi bacarırsınız? ( hə-1, yox-0)
6) Birinə elə yalan danışa bilərsiniz ki, o, bunun sayəsində açıb həqiqəti sizə söyləsin? ( hə-1, yox-0)
7) Məktəbli ikən yoldaşınızdan yoxlamanı köçürəndə o, bunu hiss edib? ( hə-1, yox-0)
8) Istədiyinizi əldə etmək üçün mütləq bir yol axtarıb bir yol tapırsınız? ( hə-1, yox-0)
9) O qədər bic ola bilərsiniz ki, bunu heç kim hiss etməsin? (hə-1, yox-0)
Cavablar:
3 baldan aşağı:
Siz hər şeyə inanan insansınız. Sizi aldatmaq və hövsələdən çıxartmaq çox asandır. Ona görə də hər zaman dostlarınızın gülüş obyektinə çevrilirsiniz.
3 baldan 6 bala qədər:
Siz çox ağıllısınız. Sizi heç kim aldada bilməz. Və eyni zamanda yalan danışmağı sevmirsiniz. Bu cür xasiyyət insanları sizə yaxınlaşdırır.
6 baldan yuxarı:
Siz çox bicsiniz. Elə bir şey yoxdur ki, sizin nəzərinizdən qaçsın. İstədiyinizi əldə etmək üçün biclikdə hər yola əl atırsınız. Lakin bu xasiyyət zamanla səzi insanlara qarşı qeyri-səmimi edə bilər. Xasiyyətində bir az dəyişiklik etsəniz daha yaxşı olar.