usaqlıq miomu

Bir çox qadının problemi – uşaqlığın miomu

Baxış sayı: 1. 012

Mioma – uşaqlıq əzələsindən inkişaf edən xoşxassəli törəmədir. Miom düyünləri uşaqlığın xaricində, divarında və ya selikli qişada ola bilər.

Miomun inkişaf səbəbi indiyə kimi dəqiq müəyyənləşməyib. Belə hesab olunur ki, bunu əsas səbəbi irsiyyət, hormonal fonun pozulması və xroniki stressdir. Lakin son vaxtlarda miomların inkişafında bəzi infeksiyaların əsasən də xlamidozanın aşkar edilib.

Buna görə də miomun ən yaxşı proflaktikası həkim müayinəsidir. Bunun üçün sağlam qadınlar ildə bir dəfə USM müayinəsindən keçməlidirlər. Kimlərdə ki, ginekoloji patologiyaya malik olan qadınlar yaxşı olardı ki, ildə iki dəfə və 3 aydan bir müayinədən keçsinlər. Əsasən də anaları, nənələri və xalaları kiçik çanaq orqanları xəstəliklərindən əziyyət çəkən qadınlar diqqətli olmalıdırlar.

 

Müalicəyə ehtiyac yoxdur.

• Miom düyünləri hamiləliyə və onun normal gedişatına mane yarada bilər.

• Miom bəzən mensturasiyaya təsir edərək qan itirilməsinə, buna bağlı olaraq anemiyaya və yorğunluğa səbəb olur.

• Böyük ölçülü düyünlər sidik kisəsinə təzyiq edərək sidikqaşırmaya səbəb olur. Bu isə həyat keyfiyyətinə təsir edir.

Miomu necə müalicə etmək lazımdır?

Bu suala cavab vermək çox çətindir. Bu qərarı qəbul etmək üçün ilk əvvəl onun yerləşdiyi yer və quruluşu müəyyən edilməlidir.

Medikamentoz müalicə zamanı miomların fərdi xüsusiyyəti, ölçüləri nəzərə alınmalıdır.

Bu zaman miomların ölçüləri kiçilə bilər.

Miomaların müalicəsində ginekoloqlarla yanaşı damar cərrahları da yeni müalicə metodu olan – uşaqlıq arteriyalarının embolizasiyası metodundan istifadə edirlər (medicina). Bu əməliyyatsız müalicə üsulu miom düyününə gələn qan damarını bağlayaraq onun qanla təhçizatını kəsir.

 

Bu yolla da o nəinki böyümür, hətta kiçilməyə başlayır.

Belə olduqda əməliyyata ehtiyac olmadan miomun tamamilə itməsi mümkün olur.

Ana olmağa hazırlaşan qadınlar ilk əvvəl miomlarından azad olmalıdırlar. Buna görə də, hamilə qalmazdan əvvəl yaxşıca müayinə olunmaq tələb olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir