menzil

Bir mənzili bir neçə nəfərə necə satırlar? – Dələduzlar bundan istifadə edirmiş

Baxış sayı: 475

“Bir mənzilin bir neçə şəxsə satılması halı son 10 ildə dəfələrlə azalıb. Keçmişdə istismara qəbul olunmamış binaların sayı həddindən artıq çox idi. Belə olan halda istismara qəbul aktı da olmurdu və mənzillərin alqı-satqısı müqavilə əsasında həyata keçirilirdi. Bundan da tikinti şirkətləri sui-istifadə edib mənzilləri bir neçə nəfərə satırdılar”.

Bunu əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir. Onun sözlərinə görə, 2019-cu ildə imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmandan sonra vəziyyət tamamilə dəyişib:

Elnur Azdov
“2019-2020-ci ildə ilə 400-500-ə yaxın bina istismara qəbul olunmağa başladı. Nəticədə bir mənzilin bir neçə nəfərə satılması kimi risklərin sayı azaldı. İndiki vəziyyətdə əsasən natamam binalarda bu kimi müqavilələr olur.

Hətta bina tikilib qurtarandan sonra 1-2 il ərzində onun istismara qəbul prosesi həyata keçirilir. Keçmişdə bu kimi dələduzların sayı əgər çox idisə, artıq 0-a düşüb. Son bir-iki il ərzində belə halların sayı 10 dəfədən çox azalıb. Yenə də vətəndaş bu kimi alqı-satqı edərkən, mütləq hüquqşünasların xidmətindən istifadə etməlidir.

Tikinti şirkəti zəmanət verməlidir ki, bundan öncə həmin mənzil başqa şəxslərə satılmayıb. Bu halda məsuliyyət birbaşa MTK-nın və ya tikinti şirkətinin üzərinə düşür”.
Şahanə Rəhimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir