Qadınların kişilərə olan münasibətini çözmək çox da rahat deyil. Bəzi kişilər düşünür ki, qadınlar xoşlandığı kişilərə naz edir, onların istəklərinə etiraz etməklə əslində razılıqlarını ifadə edir.
Təsadüfi deyil ki, avstriyalı alim, psixoanaliz elminin banisi Ziqmun Freyd deyirdi: “Ömrümün 35 ilini qadınların psixikasını araşdırmağa sərf etdim. Hələ də bu sualın cavabını tapmamışam: Qadınlar nə istəyir?”
Alimlərin qənaətlərinə və sosioloqların araşdırmalarına istinad edərək qadınların kişilərdən xoşlanarkən etdiyi 10 hərəkəti təqdim edirik:
1. Qadınları xoşlandığı kişilərə min bir bəhanə ilə toxunmaq istəyirlər.
Məsələn, guya kişinin paltarında ləkə var, onu təmizləyir. Və ya kişinin saçı düz durmayıb, onu formaya salır. Guya dodağınızda yemək qalıb, onu götürür. Əgər sizdən xoşlanırsa, istənilən düşük zarafatınızdan sonra da sizi dürtmələyəcək. Axı toxunmalıdır… Ən son addım isə müvazinətini itirdiyini bəhanə gətirərək kişinin harasındansa yapışmaqdır. Yetər ki, əli kişinin bədəninə toxunsun…
2. Bir qadın sizdən xoşlanırsa, sizə yaxın oturmaq üçün bəhanələr axtaracaq…
Kollektiv şəkildə çıxdığınız səyahətdə, istirahət zamanı, lap elə iş şəraitində sizin yaxınlığınızda oturmaq istəyən bir xanım varsa, onunla bağlı düşünə bilərsiz.
3. Yaxın oturmaq…
Əgər mehriban görüşmək ortamı yaranıbsa, bir qadının sizi nə qədər istədiyini yoxlamaq daha rahatdır. Digər dostlarla əlini şappıldadaraq, kürəyinə yüngülcə vurmaqla yetinib sizi sinəsinə sıxır, isticanlı sarılırsa, demək ürəyində nəsə var.
4. Sizin söhbətlərinizə gülürsə…
Əgər bir qadın sizin əksər söhbətlərinizə gülürsə, hətta qəhqəhə çəkirsə, elə bilməyin ki, komik adamsız. Sadəcə həmin qadının gözündə yüksəkdəsiz.
5. Əgər bir qadın sizə çox vaxt ayırırsa, sizin əksər görüş təkliflərinizi müsbət cavablamağa çalışırsa…
Başa düşün artıq.
6. Bir qadın sizdən sevgilinizin olub olmamasını soruşur?
Qadın sizdən sevgilinizin olub-olmamasını soruşursa, demək sizin haqqınızda ciddi fikirlər qurmağa başlayıb. Təbii ki, bunu birbaşa soruşan deyil. Əgər birbaşa soruşursa, bu başqa, amma dolayısı yolla sevgiliniz barədə öyrənməyə çalışırsa, ürəyinə girmisiz. Örnəyininiz: “Qız tanışlarınız belə paltarlar geyinirmi?”
7. Danışdığınız bütün ifadələrə son dərəcə vacib məsələlər kimi reaksiya verirsə…
Ağzınızı açıb sözə başlayan kimi sizə son dərəcə maraqlı mövzudan söz açan adama baxan kimi baxırsa, çox düşünməyə dəyməz, qəlbini fəth etmisiz. Fərqi yoxdur, istər qütb yapalağından, istər Real Madriddən, istər Eynşteyndən danışırsız – o sadəcə sizi dinləyir… Yox əgər sizə bir dost kimi baxırsa, sizin söhbətinizi … deyib işinə davam edəcək.
8. Mesajlarınıza uzun-uzadı cavablar yazdığı zaman…
Yazdığınız bütün mesajlara cavab olaraq “poema” yazırsa, o qadına vaxt ayırmağa dəyər. Düşünün, bu qədər rəngarəng dünyanı qoyub balaca bir ekrana min dəfə toxunmağın başqa adı varmı?
Əks halda “Neynəyirsən?” sualınıza “Heç” cavabı yaza bilərdi, ya da cavabı “twk” olardı. (Siz də heç vaxt “Neynəyisən?” qədər qısa mesajlar yazmayın)
9. Əsas məsələ; gözlərinizə baxır…
Bir qadın gözlərinizin içinə baxırsa, baxırsa, baxırsa… Artıq sizə vurulub. Hətta ürəyindən öpülmək də keçir. Yox əgər siz danışanda nəsə yeyirsə, alnına ovuşdurusa, telefonla oynayırsa, siz cütlük yox “qardaşsız”.