kitab

Birnəfəsə oxunan 9 kitab

Baxış sayı: 1. 879

Oxucunu daim təzyiq altında saxlamağı və ona təsir etməyi hər kitab bacarmır. Amma elə kitablar var ki, ilk səhifəsini nə vaxt açdığını, sonuncu səhifəyə necə gəlib çatdığını hiss etmirsən. Kult.az “adme.ru” portalının seçdiyi birnəfəsə oxunan kitablar siyahısını təqdim edir:

 

Diana Setterfild – “On üçüncü nağıl”

Kitab köhnə müəmmalı bir evdə baş verən sehirli hadisələrdən bəhs edir. Əsərdə təsvir olunan ruhlar, kabuslar, ailə sirləri oxucunu sonuncu səhifəyə qədər intizarda saxlayır. Bu romanda süjet, mühit, qəhrəmanlar, yazı stili o qədər mükəmməldir ki, oxucu bir dəqiqə belə kitabı əlindən yerə qoymaq istəmir.

 

İan Makyuen – “Amsterdam”

Çağdaş ingilis yazarı İan Makyuen “Amsterdam” romanı ilə 1998-ci ildə “Man Booker” mükafatını qazanıb. Bu romana daxil edilən janrlar özlərinəxas konstruktiv elastikliyi, sərbəstliyi, dil və stilistik özəllikləri özündə birləşdirir. Makyuenin əsərində yararlandığı fərqli roman texnikası da insan ruhunda və psixikasında baş verən dəyişimlərin təsvirindəki mümkün yanaşmaları ortaya qoyur. Əgər bu kitabı oxumaq fikrinə düşsəniz, bir gecə yuxusuz qalacağınız şübhəsizdir.

 

Duqlas Adams – “Avtostopla qalaktika boyu”

Adamsın bu kitabı hələ ilk səhifələrində oxucunu heyrətləndirmək və intizarda saxlamaq iqtidarındadır. Yəqin ki, qalaktikanı avtostopla dolaşmaq ən az bu qədər maraqlı və həyəcanlıdır. Qısacası, əgər bu romanı hələ oxumamısınızsa, mütləq oxumalısınız.

 

Con Faulz – “Kolleksioner”

Bir dəfə cavan oğlan lotereyadan böyük məbləğdə pul qazanır. O, bu pulla nə edəcəyini bilmir. Amma gəncin kəpənək kolleksiyalarına olan xüsusi maraq və ehtirası onun bütün həyatını istiqamətləndirir. Kitabda gəncin törətdiyi cinayətlər, onun qurbanları, qorxu hissi, xeyirlə şərin mübarizəsi xüsusi bir harmoniya yaradıb. Bu romanda siz gözəllik, məhəbbət və ölüm tarixçələri ilə tanış ola bilərsiniz.

 

Viktor Pelevin – “Omon Ra”

“Omon Ra” 1991-ci ildə qələmə alınıb. Triller janrında olan bu roman Sovet rejiminin öldürdüyü insanlardan, tökdüyü qanlardan bəhs edir. Romanda baş verən bütün hadisələr bir-birinə zəncirvari bağlıdır və oxucunu kitabın sonundakı möhtəşəm finala hazırlayır.

 

Ceyn Osten – “Məhəbbət və qürur”

“Məhəbbət və qürur” Ceyn Ostenin ikinci kitabıdır. Roman ilk dəfə 1813-cü ildə çap olunub. Kitabı oxuyarkən romanın baş qəhrəmanlarından biri olan Elizabet Bennetə yazıçının açıq-aşkar rəğbəti hiss olunur. Bu qəhrəmanla yazıçı, bir növ, öz şəxsiyyətini və həyatını romana köçürüb. Darsiylə Elizabet arasında yaranan məhəbbət, onlara olunan təzyiqlər, ardı-arası kəsilməyən problemlər romandan bir dəqiqə belə gözünüzü çəkməyə imkan verməyəcək.

 

Deniel Kiz – “Milliqan Billinin şəxsiyyətinin ikiləşməsi”

Billi yuxudan oyanır və həbsxana kamerasında olduğunu görür. Ona bildirirlər ki, soyğunçuluq və təcavüz əməllərinə görə həbs olunub. Billi təəccüblənir: o, bunların heç birini etməyib!

Sonuncu xatırladığı şey isə intihara hazırlaşmağı olur. Ona başa salırlar ki, intihara cəhdindən düz yeddi il keçib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir