Yapon alimləri uzun müddət yaşamaq və sağlam qalmaq istəyən hər kəs üçün bitki mənşəli zülalla zəngin olan vegetarian rasionuna keçməyi məsləhət görürlər.
“Gencaile.az” saytı “The Daily Mail”ə istinadən xəbər verir ki, alimlər təxminən 20 il ərzində 70000-dən çox yaponiyalını müşahidə ediblər. Məlum olub ki, pəhrizdə bitki mənşəli zülal istifadə edənlər arasında ölüm halları daha azdır.
Zülal pəhrizi, arıqlamaq istəyənlər üçün də tövsiyə olunur. Bu zaman toxluq hissi uzun müddət davam edir, iştaha azalır. Lakin, əgər zülalın əsas mənbəyi ət məhsullarıdırsa, xəstəliklərin inkişafı mümkündür. Onların arasında ateroskleroz da daxil olmaqla ürək-damar sistemi problemləri, onkoloji xəstəliklər də var.
Xüsusilə, qırmızı ətdən gələn zülallardan imtina edilməsi nəticəsində ürək və xərçəng xəstəliklərindən yaranan ölüm hallarını azaltmağa imkan verir.
Buna görə də, ekspertlər zülallardan qırmızı və ya emal edilmiş ətdən bitki, meyvə və dənli bitki zülallarına keçməyi məsləhət görürlər.