Bu gün erkən nikahlar Azərbaycan cəmiyyəti üçün ciddi problemlərdən biriidir. T\sadüfi deyil ki, tez-tez bu haqda məlumatlar mediada dolaşır.Dünən isə Göyçayda erkən nikaha cəhd olunması ilə bağlı məlumatlar yayıldı. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin məsələni gündəmə gətirməsindən dərhal sonra Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal DİN tərəfindən nəzarətə götürüldü və erkən nikahın baş tutmasının qarşısı alındı.
Hüquqşünas Fərid Həmidov qeyd edir ki, Ailə Məcəlləsinə görə, qızlar və oğlanlar üçün 18 göstərilir. Və 18 yaşına qədər olan nikah erkən nikah hesab edilir. Mütəxəssis bildirir ki, müəyyən səbəblərlər nikah yaşı 1 yaş azaldıla bilər. Onun sözlərinə görə, 18 yaşıma qədər qızı nikaha məcbur etmə Cinayət Məsəlləsinin 176-cı maddəsi ilə tənzimlənir.. Belə olan halda, həmin şəxslər 2000-3000 manat məbləğində cərimə edilir. Əgər nikah yaşına çatmayan qadın nikaha məcbur edilirsə, bu zaman həmin şəxs üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər.
Psixoloq Leyla Zaman bildirir ki, valideynlər çox zaman qızın “yükündən” azad olmaq üçün onu erkən yaşda ərə verirlər.
“Hələ belə el məsələsi də var: “Qız yükü, duz yükü”. Bəzi ailələr qız övladı dünyaya gəldiyi zaman sevinmədiyi halda, onu nə qədər tez ərə versə, çox sevinir. Qızı böyütmək, təhsil vermək, qidalandırmaq və ya geyim almaq bir çox ailələrə yük kimi görünür. Bir də sosial şəbəkələr var ki, valideynlər övladlarını “qorumaq” məqsədilə qızlarını tez nişanlayırlar ki, düşüncələri bir adama yönlənsin. Düzdür, sonradan bu, müxtəlif problemlərlə nəticələnə bilir. Amma bu gün üçün çıxış yolu bu hesab edilir”.