MIKROB

Bizi əhatə edən mikrob dünyası haqda bilmədiklərimiz

Baxış sayı: 1. 256

Evdə ən çirkli yer əsasən ayaqyolunun içi və unitazın qapaqları sayılır. Amma  əslində ev içində, ayaqyolu qapağından daha çox yerdə çirk olduğu və bu yerlərin xlorla təmizlənə bilməyəcəyini də unutmamalıyıq. 

Elmi araşdırmalara görə, unitaz qapaqlarına Esherixia coli adı verilən və sadəcə, nəcisdə olan, insana zərər verə bilən zərərli mikroorqanizmlər var. Amma bu anda ağlınıza pis şeylər gəlməsin. Çünki yeni araşdırmalara görə, unitaz qapaqlarının hər kvadrat santimetrinə sadəcə 8 ədəd bakteriya düşür. Bu rəqəm ayaqyolunda unitaz qapaqlarının olduqca təmiz qəbul edilməsinə səbəb olur. Evin ağlınıza belə gəlməyəcək bir çox yerində isə bundan çox daha artıq sayda bakteriya var. Bu da evdəki ayaqyolu qapağından daha çirkli olan yerlər…

 

Televizor pultlarına diqqət 

Daim əldən-ələ gəzən, xəstə ikən toxunduğunuz və elektronik bir əşya olduğu üçün heç təmizlənməyən televizor pultları ev içindəki ən çirkli əşyalar arasında yer alır. Televizor pultunda insan səhhətinə zərərli olan milyardlarca mikroorqanizm var. Pult təmizliyi üçün lazım olan təmizlik işləri var. Xüsusən də ondan  xəstə bir insan istifadə edibsə, özəl dezinfeksiya vasitələrindən istifadə etmək lazımdır.

 

Mətbəx əşyalarına diqqət

Ət, soğan, çörək, tərəvəz və meyvələri kəsdiyiniz zaman istifadə olunan plastik, taxta və ya bambu kəsmə taxtaları mətbəxdə ən çox zərərli bakteriyaları özündə birləşdirən əşyaların başında gəlir. Kəsmə taxtalarının hər bir kvadrat santimetrində tam 1600 ədəd E.coli bakteriyası yaşayır. Ancaq nəcisin tərkibində olan bu bakteriyalar kəsmə taxtalarına tərəvəz və meyvələrində üzərində olan gübrə artıqlarının çiy ət ilə təmas etməsi nəticəsində yaranır və insanlara yayılır. Bunun qarşısını almaq üçünsə mətbəxdə hər bir iş üçün ayrıca kəsmə  taxtasından istifadə etmək lazımdır. Bundan başqa, daim təmizləndiyini düşündüyünüz mətbəx əskiləri və süngərlər də tualet kağızından tam 20.000 qat daha artıq bakteriyanı içində “yaşadır”.

halılarda mikroplar ile ilgili görsel sonucu

Xalçaların görünməyən üzü 

Adətən allergiyaya səbəb olduğu üçün xüsusi təmizlik şirkətləri tərəfindən təmizlənən xalçalar içərisində tualet qapaqlarından 4.000 dəfə artıq zərərli mikroorqanizmlər yaşadır. Bundan başqa, xalçalarda “mite” adı verilən və gözlə görünməyən həşəratlar da olur.

 

Soyuducu üçün bakteriya filtrasiyası 

Hər evdə əslində insanın həyatını asanlandırmaq üçün istifadə olunan soyuducunun hər hissəsində, xüsusən də meyvə və tərəvəzlərin yerləşdiyi alt gözlərdə 8.000 salmonella, E.coli və listerya kimi zərərli bakteriyalar yaşayır. Yüksək rütubət bu bakteriyaların soyuducu kimi soyuq bir atmosferdə belə artmasına imkan verir. Bakteriya filtrasiyasından istifadə etmək və daim onu təmizləmək üçün yüksək səviyyədə bakteriya yaranmasının qarşısını ala bilir.

halılarda mikroplar ile ilgili görsel sonucu

İşıq düymələri və qapı qulpları 

Yenə gündə yüzlərlə dəfə istifadə olunan işıq düymələrinin üstündə 217 fərqli növdə bakteriya olur. Qapı qulpları isə ən çirkli yerlərin başında yer alır. Bakteriya yaranmasının qarşısını almaq üçün ən azı həftədə bir dəfə sirkəli suya batırılmış bir əski ilə həmin yerləri silmək məsləhətdir.

cep telefonu mikroplar ile ilgili görsel sonucu

Diş fırçası haqda bilinməyənlər 

Hamamda istifadə olunan və açıq atmosferdə qoyulan diş fırçası  unitazın suyu çəkiləndə hava yolu ilə yayılan bakteriyalara məruz qala bilir. Onun qapalı şkafda və ya üzərinə qapaq taxılaraq saxlanması məsləhət görülür.

 

Cib telefonlarının təmizliyi 

Ən çox istifadə etdiyimiz elektronik əşya olan cib telefonlarının da üzərində pultlar kimi milyardlarca bakteriya olur. Bu cihazların xəstəlik dönəmindən sonra mütləq qapadılaraq, özəl dezinfeksiya məhsulları və əskiləri ilə təmizlənməsi şərtdir. Bunun xaricində isə müəyyən periodlarla silinib təmizlənməsi böyük əhəmiyyət daşıyır.

cep telefonu mikroplar ile ilgili görsel sonucu

Yastıq – üzərində yatdığınız yastıqlar ağlınıza gəlməyəcək dərəcədə mikrob mənbəyidir. Toz gənələri, ölü dəri hüceyrələri, bədəndən ifraz olunan tər yastıqların üzərinə çökür. Bütün bunlar göbələk xəstəliyinin yaranmasına zərurət yaradır. Təmizlik zamanı sadəcə yastıq örtüklərini dəyişmək kifayət deyil. Məsləhətdir ki, hər 6 aydan bir istifadə etdiyiniz yastıqları dəyişdirəsiniz.

Klaviatura – İngiltərədə aparılan araşdırmalarda kompüterin xarici qurğusu olan klaviaturanın ciddi mikrob mənbəyi olduğu təsdiqlənib. Sorğuda iştirak edən insanların 10%-i klaviaturanı təmizləmədiyini deyib. Ayda ən az bir dəfə klaviatura və “siçan” təmizlənməlidir.

Pul – Oksford Universitetinin alimləri tərəfindən, Avropa miqyasında 15 ölkənin pul vahidi üzərində araşdırma aparılıb. Əskinasların üzərində 26 mindən çox müxtəlif xəstəliklərə səbəb olan bakteriyaların olduğu müəyyən olunub. Gündəlik istifadə edilən əskinaslar insanlarda müxtəlif dəri xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Duş başlığı – davamlı su ilə təmas halında olan bir əşyanın “ən çirkli” əşyalar sırasında olması sizə təəccüblü gələ bilər. Lakin unutmayın ki, suyun tərkibindəki mikroblar hər dəfə duş başlıqlarının içərisində yığılır. Beləliklə, siz hər dəfə istifadə etdiyiniz suyun tərkibində normalda istifadə edilən sudan 100 dəfə artıq bakteriya olur.

İlgili resim

Buz – laboratoriya nəticələrinə görə, buz kristallarının tərkibində olan bakteriyalar unitaz daxilində olan bakteriyalardan 70% daha çoxdur. Buna səbəb isə buzluqların təmiz saxlanılmamasıdır.

Çarpayı döşəyi – döşəklərin üzərində 10 mindən artıq bakteriya var. Yataq örtüyünü dəyişərək təmizlik etdiyinizi düşünürsünüzsə, yanılırsız. Orta hesabla döşəklər 8 ildən bir dəyişdirilməlidir. Əks halda allergiya və tənəffüs yolu xəstəliklərinin yaranmasına səbəb olur.

Telefon – İngiltərədə Surrey Universitetinin mikrobiologiya fakültəsinin tələbələri mobil telefonları mikroskop altında incələyib. İnanmaq çətin olsa da, telefonların üzərində inanılmaz dərəcədə bakteriyaların olduğu müəyyən olunub. Ən dəhşətlisi isə odur ki, bakteriyalar şüanın təsirindən inkişaf edir. 3 gün ərzində laboratoriyada xüsusi qablarda saxlanılan mobil telefonların üzərində qəribə mikroorqanizmlərin yarandığı görülüb.

Vanna – hamam otaqlarında istifadə olunan vannalarda hər birinin özünəməxsus yoluxma mexanizmi olan təxminən 19500 bakteriya var. Üstəlik, istilik və rütubət səbəbindən hər dəqiqə bakteriyaların çoxalması prosesi davam edir.

Xalça – evdə istifadə etdiyimiz xalçaların hər kvadratmetrində orta hesabla 200 min bakteriya var. Uşaqlarınızın xalça üzərində oynaması son dərəcədə təhlükəlidir. Gigiyenik normalara görə, hər 3-4 aydan bir xalçalar dərin təmizlənməlidir.

Qab süngəri – orta hesabla mətbəxdə 10 milyona yaxın bakteriya mövcuddur. Gündəlik dəfələrlə istifadə etdiyimiz süngərlərin üzərində 250 mindən çox müxtəlif növ mikroblar var. Gigiyenik cəhətdən süngərlərin bir həftədən bir yenilənməsi mütləqdir.

Diş fırçaları – təmizliyin əvəzolunmaz hissəsini təşkil edən diş fırçaları diqqətli şəkildə istifadə edilmədiyi təqdirdə xəstəlik mənbəyinə çevrilir. Ağız boşluğunda yaranan bir sıra xəstəliklər məhz anti gigiyenik şəraitdən qaynaqlanır. Ayda bir dəfə diş fırçalarınızı dəyişməyiniz tövsiyə olunur.

Doğrama taxtası – mətbəxdə istifadə olunan bəzi əşyalar digərlərinə nisbətən özlərində daha çox mikrob saxlayır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yaxşı təmizlənilməyən doğrama taxtalarının üzərində mövcud olan mikroblar unitazlarda yaranan mikroblardan 50 dəfə daha çoxdur.

– Hamamxanada çanaq, unitaz və vannanı hər gün antibakterial məhsullarla təmizləməliyik. Mətbəxdəki çanağı da eynilə təmizləməliyik.

– Mətbəx və hamamxanada döşəməni, masaların üstünü təmizləmək üçün antibakterial təmizlik vasitələri istifadə etməliyik və ya buraları duza batırılmış limonla təmizləməliyik.

– Otaqlarımızı hər gün tozsoranla süpürməli, tez-tez antibakterial məhsullar qatılmış suyla yerləri, pəncərələri, qapıları təmizləməliyik.

– Uşaqların oyun otaqlarını həftədə bir dəfə camaşır suyu ilə təmizləməliyik. Ancaq camaşır suyundakı kimyəvi maddələrin təsirinə məruz qalmaması üçün bu prosesi körpəmiz otaqda olmayanda etməli, sonra da otağı yaxşıca havalandırmalıyıq.

– Toz əskilərini istifadə etdikdən sonra təmizləyici vasitə qatılmış isti su ilə yumaq, yaxalamaq və açıq havada qurutmaq lazımdır. Çirkli toz əskilərini təmizləmədən yığışdırmaq olmaz.

– Ailə üzvlərinin birgə istifadə etdiyi dəsmal və mətbəx dəsmallarını, yataq ağları və üzlüklərini, bunlarla yanaşı alt paltarı və corabları, fərdi məhsulları gigiyena prioriteti olan camaşırlar kimi sıralaya bilərik. Bu camaşırları yuyarkən yuma temperaturuna, istifadə etdiyimiz yuyucu tozlara və camaşır suyu kimi qatılan maddələrə əhəmiyyət verməliyik.

Keyfiyyətli yuyucu vasitələrlə aşağı temperaturda belə gigiyena təmin etməyimiz mümkün olduğunu unutmamalıyıq. “Ariel”lə 30 dərəcədə belə yuduğunuz paltarlar öz göz qamaşdırıcı təmizliyi ilə sizi heyran edəcək. Uyğun camaşırlara yüksək temperaturlu ütü vurmaq da təsirli bir başqa üsuldur.

– Uşaqlarımıza əl yuma vərdişini kiçik yaşda qazandırmalıyıq. Çöldən gələndə, yemək yemədən əvvəl və tualetdən sonra mütləq sabunla əllərini yaxşıca yumalarına nəzarət etməliyik. Antibakterial sabunlara da üstünlük verməliyik.

– Evimizi tez-tez havalandırmalı, Günəş işığının gündə bir neçə saat evimizə düşməsini təmin etməliyik.

Heç kəsə sirr deyil ki, yoluxucu xəstəliklər əsasən sanitar-gigiyenik normalara əməl olunmayan yerlərdə baş qaldırır. “Uşaq və yeniyetmələrin kütləvi toplaşdığı müəssisələrdə sanitariya qaydalarının pozulması onlar arasında müxtəlif yoluxucu xəstəliklərin yayılma riskini artırır”.

Kimyəvi tərkibli ev təmizləyiciləriylə ehtiyatlı olmaq lazımdır. Bu məhsullar həm insanın tənəffüs sisteminə ziyanlıdır, həm də əlcəksiz istifadəsi dəri yanıqları ilə nəticələnə bilər.

Yaxşı olar ki, bu kimyəvi məhlulların əvəzinə mətbəxi və ya vanna otağı 72%-li paltar sabunu, sirkə, soda, duz qarışdırılmış su ilə təmizlənsin. Vasitələr həm təbii, həm təhlükəsizdir. Hətta kimyəvi məhlullar qədər infeksiya, mikrob məhv etmək gücünə malikdir. Sadalanan məhsulların hərəsindən yarım stəkan isti suya qarışdırırlır, sonra isə dərmanlar üçün hazırlanmış qablara tökülür. Və təmizlik işləri aparılır.

Əldən-ələ keçən əsginas və metal pullar yoluxucu xəstəliklərin daşıyıcısıdır. Onlar hər cür yoluxucu xəstəliyi insandan insana keçirə bilər. Bəs görəsən pullar dezinfeksiya olunurmu? Gün ərzində onlarla insana pul verib, pul alırıq. Əldən-ələ gəzən həmin pullar yoluxucu xəstəliklərin ən sürətli daşıyıcılarıdır.

Xəstə insan dəsmalla burnunu sildikdən sonra həmin əli ilə pulu götürürsə, onda pulun çirklənmə təhlükəsi yaranır. Kəskin respirator virus infeksiyaları pula keçə bilir. Nəzərə alsaq ki, pullar dövriyyədən çıxana qədər minlərlə insanın əlindən keçir, məsələ daha da ciddiləşir. Bunun qarşısını almaq üçün xüsusilə apteklərdə, xəstəxanalarda, bağçalarda və digər bu kimi yerlərdə pulların dezinfeksiyası üçün xüsusi texniki vasitələr olmalıdır.

Amma bir fakt da var ki, hazırda tədavüldə olan pullar ildə iki dəfə Mərkəzi Banka mədaxil olunur. Çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılaraq məhv olunur. Tədavülə isə yalnız yararlı və təmizlənmiş pul nişanları buraxılır.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir