etir

“Biznes ledi”lər necə ətirlərdən istifadə etməlidir?

Baxış sayı: 1. 124

Biz bu gün ümumi qadın ətirlərindən yox, məhz “biznes ledi” necə ətirlərdən istifadə etməlidir bundan danışacayıq. Razılaşın, bu iki qadın fərqli qadınlardır. İşguzar xanımın parfum seçiminə tək şəxsi bəyəndiyi ətirlər yox, həmdəki etiket qaydaları təsir edir : Ətir çox boğucu, kəskin, seksual və ya əyləncəli olmamalıdır. Bəs “biznes ledi” ətri necə olmalıdır?

Nə qədər məşğul, işguzar və sərt görsənməyindən asılı olmayaraq, bu obrazı xüsusi seçilmiş ətirsiz təsəvvür etmək olmaz. Parfum – xüsusi seçilmiş stilin son akkordu kimidir və həmsöhbətinizə təsir gücünə malikdir. Düzdür, ətirlərin düzgün seçimi barədə etiket qaydaları var, amma hər halda, hər bir xanımın seçimi individual və özünə məxsus olur. Bu onun zövqündən və şəraitdən asılıdır.

 

ÜMUMİ QAYDALAR

Parfum kolleksiyanızın əsas hissəsini yüngül, neytarl kompazisiyalı – tərkibində sitrus və ya dəniz notları olan ətirlər təşkil etməlidir. Çox təsirli, cəlb edici, seksual və çox qadınsı ətirlərdən imtina etmək məsləhətdir. Çox şirin, ədviyyatlı və kəskin çiçək qoxuları da məsləhət görülmür. Ekspertlər bir neçə variant təklif edirlər: Fərqli notlu və çox eleqant ətirlər. Misal üçün, təkrar olunmaz Hugo Boss brendindən – Boss Woman və ya Cacharel brendindən incə və zərif Noa ətri. Əlbəttə, hər bir xanımın öz seçimi var. “Biznes ledi” üçün ən böyük parfum seçimi fransız moda evi Hermes tərəfindən təqdim olunur : Un Jardin sur le Nil və ya Voyage d’Hermes – stil, ləyaqət, aristokratiya nümunəsi – bir şedevr hesab oluna bilər.

SEÇİM NƏDƏN ASILIDIR?

Öz zövqünə uyğun seçim etməkdən əlavə, həm də olacağınız məkanı nəzərə almaq lazımdır. Ofis üçün seçilmiş ətir biraz sərt olmalıdır. Amma işgüzar xanımın həyatı təkcə ofisdə keçmir: Onun həyatında eyni zamanda iş görüşmələri, iş səyahətləri, iclaslar da vardır. Əməkdaşlarla axşam yeməyində təbii ki, daha fərqli ətirlərdən istifadə olunmalıdır. Eyni zamanda havanı və fəsilləri də nəzərə almaq lazımdır. Qış ətirləri daha isti, və şirin ola bilər. Yay ətirləri isə sitrus meyvələri, təravətli və dəniz notları olan ətirlər olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir