Bəli – bəli düz oxudunuz, biznesdə balaca uşaq kimi, səndən küsə bilər. Sadəcə uşaqdan fərqli olaraq küsmüş biznesi yenidən geriyə qaytarmaq, daha çətin, daha çox əmək və pul xərclərinə bərabət olur. Hansı hallarda biznes sahibindən küsür və ya sahibkar nə etsə biznes ona ziyan vura bilər? Buyurun, aşağıda paylaşdığımız video sözü gedən suala cavab vermək üçündür.
Necə ki, süni süd heç vaxt ana südünü əvəz edə bilməz, eləcədə sahibkarın işini hansısa muzdlu işçi görməsi mümkün deyil. Biznes quran, öz biznesinin dərdini digərlərindən yaxşı bilir, bilməlidir. Əlbəttə, söhbət zəhmətlə qurulan bizneslərdən gedir. Məmur biznesləri bizim blogun müzakirə obyekti ola bilməz. Bizim o sahədə təcrübəmiz yoxdur.
Videoda deyildiyi kimi, vacib olan biznesin içində cari fəaliyyətləri etmək deyil, hər bir işçidə olduğu kimi, sahibkar funksiyaları var. O funksiyalar əslində sayca çox azdır, amma mahiyyət etibarı ilə olmasa, biznesi məhv edə bilər. Hansılardır onlar?
Nəzarət – Sahibkar qurduğu işin iplərini daim əlində saxlamlıdır. Əksi olduğu andan, kommunizm başlaya bilər. Kommunizm biznesin düşmənidir. Biznes sahibi əsas təsir edici amillərin, göstəriciləri daim nəzarətdə saxlamalıdır.
Gələcək – Sahibkar öz qurduğu işin gələcək inkişaf planlarını daim bilməli, işçilərə ufüq açmalı, onlara aydın şəkildə biznesin gələcək istiqamətlərini izah etməlidir. Ən vacibi, sahibkar özü dəqiq bilməlidir ki, gələcəkdə nələr olacaq və ya o nələrin olmasını istəyir.
İnsanlıq – Sahibkar biznes daxilində ab-havanı qorumalı, ədalət prinsiplərinə nəzarət etməlidir.
İnanın ki, bu 3 funksiyanı heç bir şəkildə muzdlu işçi edə bilməz və inanın ki, bu funksiyalar olmadan biznes uçuruma məhkumdur. Saladığım prinsipləri etmək üçün isə, sahibkar daim qurduğu işin üstündə olmalı, hər gün öz biznesi barədə düşünə bilməlidir. Yoxsa… yoxsa biznes bizdən küsəcək.