mobil

Biznesimin inkişafı üçün mobil tətbiq mütləqdirmi?

Baxış sayı: 885

Hal-hazırda “Google Play” və “Apple Store” bir çox istifadəçi tərəfindən rahatlıqla istifadə olunur. Bu o deməkdir ki, mobil tətbiqlərin istifadəçi sayı da artandır. Bu biznesinizin inkişafı üçün daha çox imkan deməkdir.

Ümumiyyətlə mobil tətbiq nədir? Mobil tətbiq hər hansı komputerdən rahat daxil olduğunuz saytın telefon üçün uyğunlaşdırılmasıdır. Saytın mobil versiyasının istifadəsi hər zaman rahat olmaya bilər, amma mobil tətbiqi rahatlıqla istifadə edə bilirsiniz.

Mənim biznesimə mobil tətbiq lazımdır mı? Bunun üçün müştərilərinizi çox yaxşı analiz etməlisiniz. Bütün cavab oradadır və beləliklə lazım olub olmadığını siz daha yaxşı anlayacaqsınız. Əgər müştərilərinizin çoxu gün boyu sayta telefondan daxil olursa, mobil tətbiqin olmağı sizin üçün daha yaxşıdır. Əgər yaşadığımız dövrdə telefonların bizə verdiyi imkanları gözdən keçirsən anlayarıq ki, mobil tətbiqin olmağı zəruridir.

Statistikaya görə çox insan yüklədiyini mobil tətbiqi 3 ay sonra müntəzəm istifadə etmir, ancaq bunun səbəbkarı mobil tətbiq deyil, biznesi düzgün idarə etməyən idarəçidir. Müştərini hər zaman maraqda saxlamaq lazımdır. Onun istəklərini nəzərə almaq mütləqdir. Keyfiyyətli mobil tətbiqin olması isə qızıl qaydadır. Bunun hazırlanması müəyyən büdcə tələb edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir