tort

“Blinçik” tortu necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 613

Şokoladlı blinçik tortu zərif kəsmikli kremdən və dadlı blinçiklərdən ibarət bir tortdur. Bu tort sobada biskvit bişirməyə şəraiti olmayanlar üçün daha uyğundur. Beləliklə, “Gencaile.az” saytının “Şirin süfrə” rubrikasında  instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən asan hazırlanan şokoladlı “blinçik” tortunun reseptini təqdim edirik.

Şokoladlı Blinçik Tortunun tərkibi:

Blinçiklər üçün:

  • 250 ml süd
  • 6 xörək qaşığı un
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 xörək qaşığı bitki yağı

Krem üçün:

  • 250 qr kəsmik
  • 150 ml 33%-lik qaymaq
  • 1/2 stəkan şəkər tozu
  • 2 çay qaşığı vanil
  • 50 qr südlü şokolad

Üzəri üçün:

  • 150 qr südlü şokolad
  • 2 xörək qaşığı 33% -lik qaymaq
  • 1 ovuc qovrulmuş fındıq

Şokoladlı blinçik tortunun hazırlanma qaydası:

Blinçikləri hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu tel çırpıcıyla yaxşıca çırpın. Üzərinə süd, bitki yağını əlavə edib qarışdırın.

Unu da az-az əlavə edərək eynikütləli xəmir olanadək qarışdırın. Xəmirdən bir uzun dəstəkli qaşıqla götürüb yapışmayan blinçik tavasında bişirin. Eyni qaydayla xəmir qurtaranadək blinçikləri bişirib soyudun.

Kremi hazırlamaq üçün bir qabda şəkər tozu, vanil və qaymağı miskerlə çırpın. Daha sonra kəsmiyi əlavə edib yaxşıca çırpın. Hazır kremi 2 hissəyə bölün. Şokoladı su hamamında və ya mikrodalğalı sobada əridib ayırdığınız kremin bir hissəsinə əlavə edib qarışdırın.

Tort boşqabına bişirib soyutduğunuz blinçikin birini qoyub sadə kəsmikli krem yaxın. Üstünə yenə blinçik yerləşdirib şokoladlı krem yaxın. Bu qayda ilə blinçiklər və krem qurtaranadək üst-üstə düzün.

Üzəri üçün bir qabda parçalara böldüyünüz südlü şokoladı və qaymağı su hamamında qarışdıraraq əridin. Əriyən şokoladı blinçik tortun üstünə töküb hamarlayın ki, şokolad tortun kənarlarından axsın. Üstünə  qovrulmuş fındıq səpin (fındıqların üstündən şokolad gəzdirə bilərsiniz). Blinçik tortunu 1 saatlıq soyuducuya yerləşdirin.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir